Cümə , 26 Aprel 2024

Qarabağ

Britaniyalı analitik: “Ekofəallar Ermənistanın öhdəliklərini yerinə yetirmək istəməməsindən təngə gəliblər”

“Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında iştirak edən ekofəallar Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın müddəlarını yerinə yetirmək istəməməsindən təngə gəliblər”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında britaniyalı analitik Taras Kuzio bildirib. “Burada Ermənistanın 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı, sülh …

Read More »

“CNN Türk”ün müxbiri: “Xankəndi-Laçın yolu açıqdır, gördüklərimiz ermənilərin iddialarını puça çıxarır” 

“İkinci Qarabağ müharibəsindən sonra bölgədə gərginliyin azalmadığını gördüm. Müharibə bitib, amma gərginlik hələ də davam edir. Bu cür problemlər davam edərkən dünya ictimaiyyəti Şuşadan keçən Xankəndi-Laçın yolundakı son vəziyyətin necə olduğunu bilmirdi”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında “CNN Türk” telekanalının müxbiri Ahmet Melih Türkeş deyib. O, dinc aksiyanın keçirildiyi ərazidə gördüklərindən danışarkən bildirib ki, ərazidə …

Read More »

BQXK-yə məxsus avtomobillər Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 4 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, yolda humanitar məqsədli maşınların keçidi üçün …

Read More »

Xankəndi-Laçın yolunda aksiya davam edir, etirazçıların canlanması müşahidə olunur

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, toplanış yerində etirazçıların canlanması müşahidə olunur. Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, onlar dəyişməz …

Read More »

Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub

Şuşa şəhərinə qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb. Boyukmillet.com xəbər verir ki, şəhərin küçələrində nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb. Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib. Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub. Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb. Qeyd edək …

Read More »

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir. Boyukmillet.com xəbər verir ki, Şuşa şəhərinə qar yağması dinc aksiyaya qoşulan ekofəalların istəklərinə heç bir əngəl yaratmır, tələblər dəyişməz olaraq qalır, hazırda onlar yüksək əhval-ruhiyyədədirlər. Aksiya iştirakçıları davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunurlar. Bu dəqiqələrdə etirazçılar …

Read More »

Ötən il Qarabağ iqtisadi rayonuna 8 minə yaxın vətəndaş səfər edib

Ötən il ərzində Qarabağ iqtisadi rayonuna 7,851 nəfər vətəndaşın səfəri təşkil olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə bildirib. Belə ki, 3 054 nəfər Ağdama, 501 nəfər Tərtərə, 122 nəfər Xocavəndə və 74 nəfər isə Füzuliyə səfər edib. Ötən il ərzində …

Read More »

Xankəndi-Laçın yolunda etiraz aksiyası iyirmi altı gündür davam edir 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi altı gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə …

Read More »

Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi beş gündür davam edir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi beş gündür davam edir. “Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, keçən il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu heç bir insident baş verməyib. Etirazçılar həmişəki kimi bu səhəri də …

Read More »

Xankəndidən Laçın istiqamətinə sülhməramlıların avtomobilinin maneəsiz keçidinə şərait yaradılıb

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin avtomobil Xankəndidən Laçın istiqamətinə keçib. Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 4-ə çatıb. Belə ki, həmin avtomobillərdən 3-ü Beynəlxalq Qızıl Xaç …

Read More »