Şənbə , 4 May 2024

Qarabağ

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr edilmiş kompleksin açılışı olub. Boyukmillet.com xəbər verir ki, Xatirə Kompleksi şəhər qəbiristanlığının ərazisində yerləşir. Kompleksin ərazisində işıqlanma sistemləri qurulub və dekorativ ağaclar əkilib. Xatirə Kompleksində Vətən Müharibəsində şəhid olmuş 97 qəhrəmanın fotosu və onlar haqqında məlumat lövhələri öz əksini tapıb. Qeyd edək ki, Xatirə Kompleksi rayon sakinlərinin təşəbbüsü ilə tikilib. Cəlilabadın 97 …

Read More »

Ukraynanın ekspert və jurnalistləri Vətən müharibəsi ilə bağlı Azərbaycana müraciət ünvanlayıblar

Ukraynalı ekspertlər və jurnalistlər Azərbaycanın Vətən müharibəsinin (II Qarabağ savaşı) başlanmasının ildönümü ilə bağlı müraciət ünvanlayıblar. Tanınmış hərbi ekspert Yuriy Koçevenko tərəfindən “Report”un Şərqi Avropa bürosuna təqdim olunan müraciətdə 27 sentyabr 2020-ci ildə Azərbaycanın əks-hücum əməliyyatı ilə başlayan və qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsində həlak olan hərbçilər ilə yanaşı, mülki insanların, o cümlədən müharibədən sonra minaların partlaması nəticəsində həlak olan jurnalistlərin …

Read More »

Prezident: “Müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib. …

Read More »

Kəlbəcərdə Xudavəng məbədində şəhidlərimiz üçün dualar oxundu – FOTOLAR

27 Sentyabr – Anım günü Kəlbəcər rayonunun Xudavəng məbədində qeyd olunub. Boyukmillet.com APA-ya istinadla xəbər verir ki, Alban-udin xristian icmasının sədr müavini, Xudavəng monastırının vaizi Rafik Danakarinin rəhbərliyi ilə şəhidlərin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub. Qeyd edək ki, Anım Günü münasibətilə şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur. məbədlərdə – məscidlərdə, …

Read More »

Azərbaycanın dini məbədlərində Anım Günü tədbirləri başlayıb, şəhidlərin ruhuna dualar oxunur

27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə – məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. Boyukmillet.com xəbər verir ki, Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.

Read More »

Bakıdan Füzuliyə ilk kommersiya təyinatlı sınaq uçuşu olub

Sentyabrın 27-də Azərbaycana səfər edən dünya şöhrətli səyyahların iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanına kommersiya təyinatlı sınaq uçuşu olub. Boyukmillet.com  xəbər verir ki, sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib. Səfərdə 11 ölkədən – ABŞ, Böyük Britaniya, Belçika, İsveçrə, Avstriya, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, Polşa və Rusiyadan olan dünya miqyaslı 30-dan çox səyyah iştirak …

Read More »

Ceyhun Bayramov: “Bütün şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edirik”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter səhifəsində 27 sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “27 sentyabr Vətən müharibəsi şəhidlərinin Anım Günüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!”. 27 sentyabr #VətənMüharibəsi Şəhidlərinin #AnımGünüdür. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından …

Read More »

Azərbaycan lideri sakinlərin Şuşaya köçürüləcəyi vaxtı açıqlayıb

“Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. Lakin daha …

Read More »

Bu ilin sonuna qədər azad olunmuş bütün ərazilər elektrik enerjisi ilə tam təmin ediləcək

“İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində deyib. “Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı …

Read More »

Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndələri sabah Ağdama səfər edəcək

“Biz bu gün Azərbaycan, Türkiyə və İran münasibətlərini müzakirə edəcəyik”. Boyukmillet.com-un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. Onun sözlərinə görə, region ölkələri öz problemlərini özü həll etməlidir: “Biz daha detallı şəkildə bu məsələləri müzakirə edəcəyik. Onu da qeyd edim ki, sabah Türkiyə və İran Araşdırmalar mərkəzlərinin nümayəndə heyətlərinin Ağdama səfəri planlaşıdırılır”.

Read More »