Çərşənbə axşamı , 14 May 2024

Qarabağ

Jurnalistlər Ağdamda minatəmizləmə prosesi ilə tanış olublar

Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə iyulun 16-da minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır. Mətbuat nümayəndələri işğaldan azad edilən Ağdam rayonunun Qızıl Kəngərli kəndində aparılan əməliyyat prosesini izləyib. Bildirilib ki, hazırda minatəmizləmə əməliyyatları əl ilə mexaniki təmizləmə …

Read More »

İlqar Vəlizadə: “Ermənistanlı qaçqınlar öz yurd-yuvalarına qayıtmalıdır”

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə davam edir. Odur ki, Azərbaycan da öz ərazi bütövlüyünü, 10 noyabr üçtərəfli razılaşmasının bütün müddəalarının yerinə yetirilməsini təmin etmək üçün birtərəfli addımlar atmaq haqqına sahib olduğu qənaətindədir”. O, qonşu ölkənin suveren hüquqlarını tanımayan Ermənistanın öz sərhədlərinin toxunulmazlığına hörmət ummasını məntiqsizlik kimi dəyərləndirib: “Təəssüf ki, bunlar regiondakı vəziyyəti yoluna qoymaq üçün əngəl yaradır. Qazax rayonundakı …

Read More »

Bu il 154 uşağa Polad, 33 uşağa isə Xudayar adı verilib

Bu il doğumu qeydə alınmış uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub. Boyukmillet.com xəbər verir ki, bu il yeni doğulan 154 körpəyə Polad adı verilib. Uşaqlara Polad adının verilməsi 2020-ci ildə və 2021-ci ilin altı ayında əvvəlki illərlə müqayisədə kəskin artıb. Yəni, ölkəmizdə Polad adı ən çox 2020-ci il ərzində məşhurlaşıb. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə …

Read More »

Şuşa fatehi Səid Bayramovun xatirəsinə ehsan bulağı istifadəyə verilib

Kürdəmirdə Vətən müharibəsi şəhidi Səid Bayramovun xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub. Boyukmillet.com xəbər verir ki, mərasimdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Səid Bayramovun döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb. Vurğulanıb ki, 30 ildir davam edən amansız erməni işğalına qarşı …

Read More »

İlham Əliyev: “Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir”

“Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi …

Read More »

Cəbrayılda ağ fosfor tərkibli sursatlar aşkarlanıb

Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olmuş müraciətə əsasən 2021-ci il 3 iyul tarixindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatlarına başlanılıb. Agentliyin mütəxəssisləri tərəfindən qeyd olunan ərazidə həyata keçirilən təmizləmə əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor …

Read More »

Türkiyə və Azərbaycan azad edilən ərazilərin ortofoto xəritələrini hazırlayacaq

Azərbaycanın işğaldan azad edilən əraziləri üçün ortofoto xəritələri mövzusunda texniki dəstəyin təmin olunması işləri görülür. Boyukmillet.com xəbər verir ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığına dair fəaliyyət planında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2021-2022-ci illərdə Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərin ortofoto xəritələrinin hazırlanması məqsədilə texniki-iqtisadi əsaslandırma işləri həyata keçiriləcək. Bundan əlavə, ortofoto xəritələrin istehsal metodu müəyyən ediləcək və bu çərçivədə …

Read More »

Ermənistan Füzuli və Zəngilanda basdırdığı minaların xəritələrini təhvil verdi

Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri bu gün Azərbaycan tərəfinə təqdim edib. Boyukmillet.com xəbər verir ki, “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik. Mina …

Read More »

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti üçün 600-dən çox müraciət daxil olub

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən …

Read More »

Azad olunan ərazilərdə 28 Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 120-dən çoxu yaralanıb

“Mina problemi qarşımızda duran çox ciddi məsələlərdən biridir. Ermənistanın minaladığı torpaqlarda noyabrın 10-dan indiyədək 28 Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub, 120-dən artıq insan isə yaralanıb”. Boyukmilley.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan baş nazirinin müavini – xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşdən sonra bəyanatında deyib. Nazir əlavə edib ki, …

Read More »