Cümə , 10 May 2024

QHT

Milli informasiya məkanı dövlətin təhlükəsizliyi və davamlı inkişafı üçün əsas prioritetlərdən biridir – QHT sədri

“Media haqqında” yeni qanunun hazırlanması vacib idi. Bunu şərtləndirən çoxlu səbəblər var.  Bu fikirləri açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək”  ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib. Ekspert qeyd edib ki,  köhnə qanun elə bir vəziyyətə düşmüşdü ki, artıq həmin qanuna əlavə və dəyişiklərin həcmi qanunun ilkin versiyasındakı həcmindən dəfələrlə çox idi. “Kütləvi informasiya vasitələri haqqında” 22 il bundan öncə qəbul …

Read More »

Vüsal Quliyev: Minaların mövcudluğu insanların yaşamaq hüququna təhdiddir

Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatının nümayəndələri Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan qəsəbəsinə və Talış kəndinə səfər ediblər. Səfər 10 Dekabr – Ümumdünya İnsan Hüquqları Günü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Boyukmillet.com xəbər verir ki, səfər zamanı qeyri-hökumət təşkilatlarının nümayəndələrini müşayiət edən Azərbaycan Respublikası …

Read More »

Erməni diasporundan Paşinyanın qızına: “Onun atası 5 min insanı öldürüb”

Ermənistan diasporunun bəzi nümayəndələri ölkənin Baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə ediblər. Boyukmillet.com xəbər verir ki, bununla bağlı videogörüntüləri ictimai fəal Akop Bereberyan özünün feysbukdakı səhifəsində yerləşdirib. Videoda diaspor nümayəndələrindən birinin Baş nazir Nikol Paşinyanın qızı Mariam Paşinyanın istirahətinə və əyləncəsinə müdaxilə etməsi əks olunur. “Onun atası 5 min insanı öldürüb”, – diaspor nümayəndələrindən biri …

Read More »

Prezident QHT-lərə Dövlət Dəstəyi Agentliyinə qrantlarla bağlı yeni səlahiyyət verib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Boyukmillet.com xəbər verir ki, fərmana əsasən, …

Read More »

COJEP INTERNATIONAL Avroasia Koordinatorluğununu təşkilatçılığı və TİKA-nın dəstəyi ilə QHT-lərin konfransı keçirilib – FOTO

COJEP INTERNATIONAL Avroasia Koordinatorluğununu təşkilatçılığı və TİKA-nın dəstəyi ilə Bakıda ikinci “Vətəndaş Cəmiyyətinin Bacarıqlarının Gücləndirilməsi Proqramı” keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən konqresin açılış proqramında Azərbaycan Mədəniyyət Nazirliyinin əməkdaşı Ağacavid Ramazanov, Türkiyənin Bakı səfiri Cahit Bağcı, TİKA-nın Bakı Proqram Koordinatoru Fatih Yılmaz, COJEP International Prezidenti Ali Gedikoğlu, COJEP International Baş Katibi …

Read More »

QHT sədri: “Paşinyan təkcə özünün deyil, təmsil etdiyi dövlətin də rəzil durumunu ifadə edir”

Bəyanatda Minsk qrupunun adının çəkilməməsi Azərbaycanı tam təmin edir. Bu fikirləri “İki sahil” qəzetinə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə bildirib.“Dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüşü keçirildi.Görüşdən əvvəl də ümumi təəssürat ondan ibarət idi ki, Azərbaycan Soçi görüşünə üstün tərəf  kimi yola düşür. Bu, Ali Baş Komandan …

Read More »

QHT-lərə Dövlət Dəstəyi Agentliyinə yeni icraçı direktor təyin olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. Agentlikdən verilən məlumata görə, iclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər. Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər …

Read More »

Gecikən müsabiqə, gözü yolda qalan vətəndaş cəmiyyəti – SƏBƏB NƏDİR?

Cəsarət Hüseynzadə: “QHT Agentliyi qrant müsabiqəsi elan etmir, xarici mənbələrə çıxış mümkün deyil, QHT-lər fəaliyyətsiz durumdadır” Fəxrəddin Həsənzadə: “QHT-lər təkcə qrantları gözləməli deyil, alternativ maliyyə mənbələri də olmalıdır” Baş nazir Əli Əsədov “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Dəyişikliklə qrant müqaviləsinin (qərarının) qeydə alınması üçün tələb olunan sənəd və ya məlumatın Elektron Hökumət İnformasiya …

Read More »

Qrant müsabiqələrinin ləngiməsinə görə Agentlik məsuliyyət daşımır -AÇIQLAMA

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqələrinin keçirilməsi üçün maksimum səy göstərib və göstərir.Bu fikirləri QHT.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildirib. Zaur İbrahimov qeyd edib ki, qrant müsabiqələrinin ləngiməsinə görə  Agentlik məsuliyyət daşımır.  “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli Fərmanı ilə Qeyri-Hökumət …

Read More »