Çərşənbə , 30 Sentyabr 2026

Region

Paşinyan: “Ermənistan KTMT missiyasını qəbul etməyə hazırdır”

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını qəbul etməyə hazırdır”. Boyukmillet.com “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında deyib. “Buna təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz narahatlıqlarımızla, istəklərimizlə bağlı məsələləri müəyyən etmişik. Missiyanın effektiv olmasını istəyirik. Bu, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir. Biz bu istiqamətdə müzakirələri davam etdiririk”, …

Read More »

Ukrayna SQ: “Rusiya ordusu Baxmutda təmas döyüşləri aparmağa başlayıb”

“Rus ordusu Baxmutda təmas döyüşləri aparmağa başlayıb”. “Boyukmillet.com “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandirlərindən biri polkovnik Dmitri Zavorotnyuk deyib. Onun sözlərinə görə, qarşı tərəf taktikanı dəyişib: “İndi düşmən 5-6 nəfərlik kiçik qruplar şəklində hücum əməliyyatlarını davam etdirir. Əlbəttə, Baxmut qorunmalıdır. Biz rusları ciddi itkilərə məruz qoyuruq. Əgər Ukrayna Silahlı Qüvvələri geri çəkilsə, ruslar başqa istiqamətdə hücuma …

Read More »

Mustafa Şəntop: “Türkiyədə seçkilər ilk turda başa çatacaq”

“Təcrübəmə əsasən deyə bilərəm ki, seçkilər ilk turda başa çatacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib. O, həmçinin anket rəyləri barədə danışıb. Parlament spikerinin sözlərinə görə, anket rəylərinin nəticəsi obyektiv olmaya bilər: “Anketlər kifayət qədər çoxdur. Bəzi anket firmalarının adını ilk dəfə eşidirik. Bu, manipulyasiya cəhdlərinə, ictimai rəyi çaşdırmağa hesablanıb. Belə hallara …

Read More »

Putin “Akkuyu” AES-lə bağlı tədbirə videobağlantı vasitəsilə qoşulacaq

Rusiya Prezidenti Vladimir Putin aprelin 27-də videobağlantı vasitəsilə “Akkuyu” Atom Elektrik Stansiyasına nüvə yanacağının çatdırılması mərasimində iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. “Aprelin 27-də “Akkuyu” AES-ə nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək. Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusunu alacaq. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin videobağlantı vasitəsilə iştirak edəcək”, – deyə o bildirib.

Read More »

Ukrayna Belarusdakı səfirini geri çağırıb

Ukrayna Xarici İşlər Nazirliyi bir gün əvvəl Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko ilə qondarma “Donetsk Xalq Respublikası”nın rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşdən sonra Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. “Ukrayna Xarici İşlər Nazirliyi Ukraynanın Belarus Respublikasındakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib”, – məlumatda deyilir. Ukrayna Xarici İşlər Nazirliyi …

Read More »

Türkiyə ordusu İraqın şimalında terrorçuların əsas sığınacağını dağıdıb

“Aprelin 17-də hərbçilərimiz İraqın şimalındakı Zap adlı ərazidə terrorçuların “Qala” adlandırdığı, girilməsi mümkünsüz kimi səciyyələndirdiyi “Çemçö” adlı mağaraya daxil olublar”. Boyukmillet.com “Hürriyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, əməliyyat nəticəsində 12 terrorçu məhv edilib: “Həmçinin xeyli sayda silah-sursat ələ keçirilib. Türkiyə başda İraq və Suriya olmaqla bütün qonşularının ərazi bütövlüyünü, suverenliyini …

Read More »

Nikol Paşinyan: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam formada tanıyır”. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib. O bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin ən qısa müddətdə imzalanması üçün səmimiyyətlə çalışır: “Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün beynəlxalq təminatlara ehtiyac var. Sülh sazişinin həyata keçirilməsinə zəmanət verən beynəlxalq mexanizmlərin yaradılması son dərəcə vacibdir. Əks halda, …

Read More »

Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson vilayətinə səfər edib, “Dnepr” qoşun qruplaşmasının qərargahında olub. Boyukmillet.com xəbər verir ki, məlumatı aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb. V.Putin “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplincki və başqa hərbi rəislərin məruzələrini dinləyib.

Read More »

Mövlud Çavuşoğlu: “Müsəlmanlar Ərdoğanın qalib gəlməsi üçün dua edirlər”

“Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri təkcə ölkəmiz üçün deyil, həm də regionumuz və dünya üçün əhəmiyyətlidir. Bir çox ölkə və xalqlar, o cümlədən müsəlmanlar Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi üçün dua edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada vətəndaşlarla görüşdə deyib. O bildirib ki, Türkiyə terrorçulara qarşı mübarizəni davam etdirəcək: “Bütün terrorçular Prezident …

Read More »

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgərlər barəsində cinayət işi açılıb, həbs qərarı verilib

Ermənistan məhkəməsi əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgər barədə həbs qərarı verib. Boyukmillet.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb. Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb. …

Read More »