Cümə axşamı , 19 Fevral 2026

Sağlamlıq

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 312 nəfər vaksinasiya olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 144, ikinci doza vaksinlərin sayı 42 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin …

Read More »

Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq Vətənə qayıdıb

Füzuli rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Həsrət Quliyev Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Boyukmillet.com xəbər verir ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Read More »

Respublika Perinatal Mərkəzinə yeni direktor təyin olunub

Tanınmış mama-ginekoloq Mehriban Adil qızı Abasquliyeva Respublika Perinatal Mərkəzinə yeni direktoru təyin olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Yeni direktor kollektivə təqdim edilib.  Təqdimat mərasimində Vüqar Qurbanov Respublika Perinatal Mərkəzində xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq …

Read More »

Ağdamda qanunvericiliyin tələblərini pozan müəssisə bağlanıb

Ağdamda qanunvericiliyin tələblərini pozan süd və süd məhsullarının istehsalı müəssisəsi bağlanıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Agentlik əməkdaşları Ağdam rayonu, Sarıcalı kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Hüseyn Əli oğluna məxsus olan süd və süd məhsullarının istehsalı müəssisəsində apardığı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyini aşkarlayıb. Belə ki, müəssisədə …

Read More »

Səhiyyə Nazirliyi Naxçıvan MR-ın Səhiyyə Nazirliyinə müraciət edib

Səhiyyə Nazirliyində 2022-ci ilin noyabr ayında aparılan yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib. Bu barədə “Report”a nazirlikdən məlumat verilib. Təyinat nazirlik kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilən “Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları”na uyğun olaraq Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyası tərəfindən aparılıb. Həkim-mütəxəssislərin təyinatı …

Read More »

Jurnalistlər KTM-də icbari tibbi sığortanın təşkili ilə tanış olublar

Kliniki Tibbi Mərkəzdə (KTM) jurnalistlər üçün mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələri Kliniki Tibbi Mərkəzdə icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış olub və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləyib. Mediaturun məqsədi media nümayəndələrini KTM-in fəaliyyəti, icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadəetmə prosesini izləmələrinə imkan yaratmaqdır. KTM-in direktoru …

Read More »

KTM-in direktoru: “Həkimlərimizin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb”

Kliniki Tibbi Mərkəzdə (KTM) həkimlərin əməkhaqqı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb. Boyukmillet.com xəbər verir ki, bunu KTM-in direktoru Könül Ələkbərov jurnalistlər üçün təşkil edilən mediaturda deyib. O bildirib ki, 2019-cu ildə tibb müəssisəsində həkimlərin əməkhaqqı 375 manat olub: “Hazırda bu məbləğ 2 026 manatdır. Tibb bacılarının əməkhaqqı 2019-cu ildə 258 manat olduğu halda, hazırda həmin şəxslərin aylıq məvacibi 596 …

Read More »

“West Hospital”ın həkimləri “Qocalar Evi”nin sakinlərini müayinə edib

Bakının Sabunçu rayonu, Bilgəh Qəsəbəsində yerləşən “Qocalar Evi”nin sakinləri ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, ziyarət “West Hospital”ın tibbi heyəti tərəfindən həyata keçirilib. Ziyarətdə qeyd edilib ki, böyüklərə, yaşlılara və qocalara hörmət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən biridir. Buna görə də “West Hospital” 1 yaşını dekabrın 1-də “Qocalar evi”ndə buranın sakinləri ilə birlikdə keçirmək qərarına gəlib və …

Read More »

Cəbrayılda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb

İşğaldan azad edilmiş Cəbrayıl şəhərində Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyətə başlayıb. Boyukmillet.com xəbər verir ki, Ailə Sağlamlıq Mərkəzi TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə TƏBİB-in tabeliyindəki Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tabeliyində yaradılıb. Qeyd olunub ki, mərkəz 6 otaqdan ibarətdir. Tibb müəssisəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasından ezam olunan 16 nəfər (tibb və qeyri-tibb) növbəlilik əsasında …

Read More »