Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi 2024-cü ilin birinci rübü ərzində özəl tibb müəssisələrində 32 planlı, 55 plandankənar yoxlama və 8 araşdırma keçirib, bir klinikanın lisenziyası dayandırılıb. Mərkəzdən verilən məlumata görə, yoxlamalar zamanı özəl tibb müəssisələrində aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar 46 protokol tərtib edilib. Bu müddət ərzində 1 özəl tibb müəssisəsinin – “Medicare Klinikası” MMC -də lisenziyadan kənar fəaliyyət aşkar …
Read More »Hacı Zeynalabdin qəsəbəsində şəhər xəstəxanasının binası söküləcək
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli şəhər xəstəxanasının köhnə binası söküləcək. Boyukmillet.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Bildirilib ki, binanın sökülərək onun yerinə müasir tipli yeni müəssisənin tikintisi ilə bağlı seçilmiş ərazinin yerquruluşu planı hazırlanıb, Səhiyyə Nazirliyinin nümayəndələri ilə birlikdə zəruri məsələlər müzakirə olunub və yerində baxış keçirilib.
Read More »Dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilib
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) dərman vasitələrinin idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, bu barədə mərkəz məlumat yayıb. Qeyd olunub ki, “Dərman vasitələri haqqında” qanuna (bundan sonra-Qanun) 14 iyul 2023-cü il tarixli № 979-VIQD nömrəli edilən dəyişikliklərə əsasən, dərman vasitələrinin Azərbaycana idxalına icazənin verilməsindən imtina halları müyyən edilib. Qanunun 9-1.16.2-ci maddəsinə …
Read More »Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydası təsdiqlənib
“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsi nəzərdə tutulur. Qərarın qəbul ilə qida məhsulları, qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsinə, …
Read More »Səhiyyə Nazirliyi yenidən qızılca ilə bağlı vətəndaşlara çağırış edib
Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edərək qızılcaya həssas 11-40 yaşlı əhali qruplarını da infeksiyaya qarşı peyvənd olunmağa çağırıb. Nazirlikdən verilən məlumata görə, ötən ilin aprelindən başlayaraq, digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Qeyd olunub ki, yaranmış epidemioloji vəziyyətin təhlili yoluxanların böyük əksəriyyətinin qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və …
Read More »TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmamasına aydınlıq gətirib
TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib. Qurumdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınması qanunla nəzərdə tutulmayıb. Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər: “Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın …
Read More »Nazirlik: “Azərbaycanda hepatit A virusuna yoluxma halları azalıb, vəziyyət nəzarətdədir”
Ötən ilin son aylarından başlayaraq, Azərbaycanın ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə “hepatit A” diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub: “Qeydə alınan xəstəlik …
Read More »Azərbaycanda uşaqlarda anadangəlmə ürək qüsurları dövlət hesabına aradan qaldırılır
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Bona Dea Hospitalı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ürək qüsuru ilə doğulan uşaqların dövlət büdcəsi hesabına əməliyyat olunmasına dair müqavilə imzalanıb. Agentlikdən verilən məlumata görə, açıq tender nəticəsində bağlanmış satınalma müqaviləsinə əsasən uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması üzrə ümumilikdə 44 tibbi xidmət göstərilir. Bu xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası …
Read More »TƏBİB: “Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır”
Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə …
Read More »Bakının 2 qəsəbəsində hepatit virusu yayılıb, profilaktik tədbirlər görülür
Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit “A” virusu xəstəliyi yayılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir: “Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar