Çərşənbə axşamı , 19 Noyabr 2024

Siyasət

Yeni Agentliyin yaradılması media islahatlarının yeni mərhələsidir – Partiya sədri

Adı dillər əzbəri olan KİVDF ləğv olundu, əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı. Bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Sözügedən fərmana əsasən, Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılıb. Boyukmillet.com bildirir ki, bu sözləri Prezidentin məlum sərəncaməna münasibət bildirərkən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.Onun sözlərinə görə Prezidentin bu addımı gözlənilən idi və …

Read More »

KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib

Səfərli cinayət yolu ilə əldə etdiyi pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdiriməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli kiqdarda pul vəsaitlərini leqallaşdırıb. Boyukmillet.com xəbər ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, bu vəsaitlər jirnalistlər üçün tikilən binaların tikintisi, qəzetlərə …

Read More »

Ceyhun Bayramov Pakistanın Sərhəd İşlər Təşkilatının baş direktoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Sərhəd İşləri Təşkilatının baş direktoru general-mayor Kamal Azfar ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. K.Azfar təşkilatın fəaliyyət sahələri barədə ətraflı məlumat verərək 45 ildən çox müddətdə Pakistanda körpülər, yollar, tuneller, eləcə də telekommunikasiya xəttlərinin və s. inşası, infrastruktur xidmətlərinin inkişafı sahəsində fəaliyyətlərindən bəhs edib. C.Bayramov bölgədə mövcud olan cari vəziyyəti qeyd edərək, 44 …

Read More »

Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıb

Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşinin dəvəti və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib. Boyukmillet.com-un məlumatına görə, görüşün nəticəsi olaraq İslamabad bəyannaməsi imzalanıb. Sənəddə deyilir: “Nazirlər, Üç ölkə arasında mövcud olan qardaşlıq, …

Read More »

Samir Adıgözəlli: “Burada Ermənistanın Mehri dəhlizi vasitəsilə Naxçıvana dəhlizin açılması da nəzərdə tutulur”

Ötən ilin noyabrında imzalanan atəşkəs haqqında bəyanatın 63-cü günündə Moskvada üçtərəfli görüş keçirildi. Tədbirin təşəbbüsçüsü Rusiya prezidenti Vladimir Putin idi. Toplantının sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Görüşdə imzalanan sənədin 2-ci maddəsində bildirilib: “İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu …

Read More »

Jurnalistin statusu anlayışına aydınlıq gətirilməlidir – Əhməd İsmayılov

“Jurnalist” və “jurnalistin statusu” anlayışına huquqi bazada aydınlıq gətirilməlidir. Bu məsələyə aydınlığın gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək. Boyukmillet.com-un məlumatına görə, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var. Ə.İsmayılov əlavə edib …

Read More »

Türkiyə XİN: “Pakistanla hərbi əməkdaşlığı gücləndirəcəyik”

“Pakistanın xarici işlər naziri Şah Mahmud Hüseyn Qureyşi ilə Maarif Vəqfinin fəaliyyəti haqda memorandum anlaşmasını imzaladıq”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter”də bildirib. Türkiyəli nazir qeyd edib ki, ölkələr arasında əlaqələri gücləndirəcək 71 maddəlik yol xəritəsi də müzakirə edilib. “Ticarətimizi gerçək potensialına çatdıracağıq. Müdafiə sənayesi sahəsində əməkdaşlığımızı inkişaf etdirəcəyik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb. Qeyd edək ki, …

Read More »

Bu gün Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü olacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə yazıb. Səfər çərçivəsində yanvarın 13-də Azərbaycan, Türkiyə və Pakistanın xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Yanvarın 14-də isə xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə …

Read More »

“Ermənistan ictimaiyyəti bir neçə gün əməlli-başlı həyəcan yaşadı” – Deputat

Əziz Ələkbərli,Milli Məclisin deputatı Yanvarın 11-də Rusiya Prezidentinin təşəbbüsü ilə Moskva şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti cənab Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş noyabrın 10-da tərəflər arasında imzalanan Bəyannamənin maddə-maddə həyata keçirilməsi istiqamətində irəliyə doğru atılmış növbəti uğurlu addım oldu. Görüşün anonsu əvvəldən verildiyindən Ermənistan ictimaiyyəti bir neçə gün əməlli-başlı …

Read More »

Qazaxıstan parlamentinə azərbaycanlı deputat seçildi

Qazaxıstan Xalqları Assambleyası VII çağırış parlamentdə təmsil olunacaq deputat siyahısını tərtib edib. Boyukmillet.com xəbər verir ki, Assambleyanın 9 üzvü parlamentə daxil olacaq. Yeni seçilmiş deputatlar arasında Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov da var. Xatırladaq ki, Qazaxıstanda partiya siyahıları üzrə yanvarın 10-u keçirilən parlament seçkilərində ilkin məlumatlara görə, “Nur Otan” partiyası qələbə qazanıb. Növbəti yerlərdə “Ak Jol” və Qazaxıstan Xalq Partiyası gəlir. Qazaxıstan …

Read More »