Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli Əliyev arasında maraqlı müzakirələrdən biri də müharibə və vətənpərvərlik mövzusu olub.

Demokrat.az 
xəbər verir ki, debatın gedişində E.Nəsirov hər zaman vətənpərvərlikdən danışan Əli Əliyevin övladlarının müharibədə iştirak edib-etmədiyini soruşub.

Bununla da anlaşılmazlıq yaranıb: Ə.Əliyev əvvəlcə 3 oğlu olduğunu və onların çağırış gəlmədiyi üçün müharibəyə getmədiklərini bildirib. Daha sonra isə yalnız bir oğlu olduğunu və onun da səhhətində problem olduğu üçün müharibəyə çağırılmadığını deyib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …