Bazar ertəsi , 18 Noyabr 2024

Siyasət

Samir Adıgözəlli: Cənab Prezidentin “Qarabağ Azərbaycandır!” frazası dünyada yaşayan bütün azərbaycanlıların şüarına çevrilməlidir”

Son dövrlər dünyanın bir çox ölkəsində, o cümlədən də bəzi postsovet ölkələrində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi açıq şəkildə həmin ölkələrin vətəndaşlarına çatdırılır. İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ukraynada başladılan “Qarabağ Azərbaycandır!” aksiyası başqa ölkələrdə fəaliyyət göstərən diaspor qurumları tərəfindən də davam etdirilməlidir. O, ümid edir …

Read More »

Rusiya dayanmaq bilmir: Ermənistana növbəti hərbi dəstək

Rusiya və Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisləri Moska yaxınlığında görüşüb. Boyukmillet.com bildirir ki, Cebhe.info-nun məlumatına Valeri Gerasimov Onik Qasparyanla hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. “Ölkələrimiz arasında hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlarda, ilk növbədə KTMT çərçivəsində inkişaf edir”, – deyə Rusiyanın baş qərargah rəisi bildirib. Valeri Gerasimov Ermənistanı Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi və həlledici tərəfdaşı adlandırıb. …

Read More »

Leyla Abdullayeva: “Ermənistanın siyasi əsası olmayan iddialarla çıxış etməsi Qarabağ üzrə danışıqları pozur”

Təcavüzkar Ermənistanın son zamanlar Xarici İşlər naziri səviyyəsində verdiyi açıqlamalarda münaqişənin sülh yolu ilə həlli danışıqlarının bərpa olunması cəhdlərini müşahidə edirik. Hətta bu cəhdləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri zamanı səsləndirdiyi bəyanatlarla əlaqələndirmək istəyi də göz qabağındadır. Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin ötən gün mətbuat konfransında səsləndirdiklərini …

Read More »

Azərbaycan və Türkiyə arasında sarsılmaz birlik bir daha təsdiq olundu – Ekspert

Dünən Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizdəki səfirlərinin etimadnamələrini qəbul edərkən çox vacib məsələlərə toxundu, vacib fikirlər səsləndirdi. Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. R.Qonaqov bildirib: “Yunanıstan səfiri ilə olduqca açıq danışan Prezident İlham Əliyev hər zaman olduğu kimi ölkəmizin milli maraqlarını önə çəkdi. Ölkə rəhbəri bu görüşdə bildirdi ki, …

Read More »

ATƏT PA Livan ermənilərinin Qarabağa köçürülməsinə reaksiya verdi

ATƏT Parlament Assambleyası (PA) rəhbərliyinin 2 sentyabr 2020-ci ildə keçirilən iclasında qurumun Büro üzvləri Ermənistanın Azərbaycanın işğal altında olan ərazilərinə Livan ermənilərinin qanunsuz köçürməsi və işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi təxribatların son aylarda daha da intensivləşməsindən narahatlıqlarını bildiriblər. Boyukmillet.com-un məlumatına görə, ATƏT PA-nın rəsmi internet səhifəsində Assambleyanın Bürosunun onlayn iclasına dair dərc olunan press-relizdə qeyd olunub ki, təşkilatın prezidenti Georgi Tsereteli iclasda ATƏT regionunda davam edən münaqişələr, Dağlıq …

Read More »

“Erməninin yaxasından tutub soruşan yoxdur ki, ey yaramaz, haçandan bu yerlərin ağası olubsan?”

Əziz Ələkbərli: “Azərbaycan xalqı son nəfərinədək Ali Baş Komandanın yanında və onun verəcəyi qərarın arxasındadır” Son günlər Ermənistanın Qazax istiqamətində çayların qarşısını kəsdiyi, bununla da bir neçə kəndi susuz qoyduğu ilə bağlı məlumatlar yayılıb. Ermənistanın hərbi təxribatları ilə yanaşı, uzun illərdir ki, həyata keçirdiyi ekoloji terror faktlarını da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağımız nə dərəcədə faydalı ola bilər? Ümumiyyətlə, Ermənistanın ekoloji …

Read More »

Samir Adıgözəlli: Mən hamını ölkə başçısının tövsiyələrinə əməl etməyə çağırıram”.

Samir Adıgözəlli: “Belə hallar inzibati xəta olsa da, mahiyyət etibarilə cəmiyyətdə pis effekt verir, dövlətə inamsızlıq yaradır” Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirakı zamanı məsuliyyət hissini itirmiş məmurlardan danışıb: “Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların …

Read More »

Ermənistanın qanunsuz məskunlaşma siyasətinin qarşısı qətiyyətlə alınmalıdır

Ermənistan dövləti 30 ildən artıq bir müddətdir ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasətini həyata keçirir. Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə 20-ci əsrdə Azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqrım və etnik təmizləmələrə məruz qalmışlar.27 ildən artıqdır ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə …

Read More »

QHT-lərlə dialoq genişlənir

“Hamıya fikirlərini bildirmək üçün imkan yaradıldı Rauf Zeyni: “Vətəndaş cəmiyyətinin bütün problemləri müzakirə olundu”Prezidentin köməkçisi Hikmət Hacıyev ölkənin bir çox fəal qeyri-hökumət təşkilatları rəhbərlərinin daxil olduğu “İctimai Liderlər Platforması”nın üzvləri ilə onlayn görüş keçirib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev görüşə görə təşəkkür edib və bu təşəbbüsün QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacağına və prioritet məsələlərin həllinə …

Read More »