Cümə axşamı , 2 May 2024

Siyasət

“Hər bir erməni hücumu Ermənistanın yalan və riyakarlıq üzərində qurulan təbliğatını ifşa edir”

Azərbaycanın və Türkiyənin dövlət adamlarına və diplomatlarına çoxsaylı terror aktları törədən erməni vandalları indi də dinc insanlarımızı hədəfə alıblar. Sülhsevər dünya ictimaiyyəti yubanmadan xarici ölkələrdəki erməni özbaşınalığına etirazını bildirməlidir. Heç kəs unutmamalıdır ki, illərdən bəri beynəlxalq terrorizmin aparıcı gücünə çevrilən erməni terrorizmi hər zaman ağır cinayətlər üçün fürsət axtarıb. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç …

Read More »

Bu müsəlman ölkəsi İrəvana hansı raket sistemlərini satıb?

Bu gün Azərbaycan mətbuatı Serbiyadan sonra İordaniyanın da Ermənistanla hərbi texniki əməkdaşlığını artırmasına dair məlumat yayıb. Buna əsas sübut kimi isə RPG-32 qumbaratanlarının Əmman tərəfindən İrəvana ixrac edilməsini göstərib. Əslində, Ermənistanla İordaniyanı bir-birinə bağlayan bir çox faktorlar var. İordaniya Fələstin məsələsində əsas oyunçulardan və söz sahiblərindən biri sayılır. Digər tərəfdən məhz bu ərazidə, daha dəqiq desək, Qüdsdə kifayət qədər erməni …

Read More »

Meksikanın radiokanallarında Ermənistanın işğalı faktları açıqlanıb

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Ermənistan tərəfinin son təxribatları ilə bağlı yerli radiokanallara müsahibələr verib. Azərbaycanın Meksikadakı Səfirliyindən “Report”a bildirilib ki, M.Talıbov bu ölkənin çoxmilyonlu dinləyici kütləsinə malik “Radio Chapultepec” və “Noticias MVS” radiokanallarına ilk olaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti haqda məlumat verərək, Ermənistan silahlı qüvvələrinin ölkəmizin Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla ərazisinin toplam beşdə birini …

Read More »

Fransada parlamentarilər prezidentə Ermənistanla bağlı müraciət etdilər

Fransa Parlamentinin üzvləri ölkə Prezidenti Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə dair müraciət ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, deputatlar Guy Briku (Guy Bricout), Jerom Lamber (Jerome Lambert), Jan – Lük Raytzer (Jean-Luc Reitzer), Jan Pyer Do (Jean Pierre Door), senatorlar Alən Uper (Alain Houpert), Andre Reşard (Andre Reichardt) birgə müraciətlərində ölkə prezidentindən Ermənistanı işğalçılıq siyasətinə …

Read More »

Həmsədrlər Azərbaycan və Ermənistana müraciət etdilər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar. Bu barədə Open.az-a ATƏT-dən bildirilib. Qeyd edilir ki, həmsədrlər bəyanatda tərəfləri danışıqlar masası ətrafına əyləşməyə çağırıblar.

Read More »

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

24 iyul 2020-ci ildə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ABŞ, Belçika, Böyük Britaniya, Fransa və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məktub ünvanlayaraq Ermənistanın 12 iyul 2020-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və yuxarıda adı sadalanan 5 ölkədə yaşayan Azərbaycan diasporu nümayəndələrinin Ermənistanın təcavüzünə qarşı …

Read More »

Türkiyə səfiri Çexiyada ermənilərə qarşı duran azərbaycanlılara qoşuldu – FOTO

Hazırda Çexiyanın paytaxtı Praqa ermənilər Azərbaycan Səfirliyi qarşısına toplaşıblar. Eyni zamanla yüzlərlə azərbaycanlı səfirliyimizi müdafiə etmək üçün binanın ətrafına toplaşıblar. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da azərbaycanlılara dəstək və ermənilərə qarşı durmaq üçün həmvətənlərimizə qatılımaq üçün aksiyaya gəlib. O, bu jesti ilə “Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu” göstərib.

Read More »

Əli Əhmədov: “Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir”

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi tənzimlənməməsi Ermənistanın ardıcıl olaraq davam edən təxribatları üçün “münbit” zəmin yaradıb. İyulun 12-də dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribat nəticəsində baş verən qanlı toqquşmalar da bunun nümunəsi sayıla bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün partiyanın İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq …

Read More »

Serbiyadakı Səfirliyimiz bu ölkədəki həmvətənlərimizə müraciət etdi

Azərbaycanın Serbiyadakı Səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə müraciət ünvanlayıb. Müraciətdə deyilir:  Əziz həmvətənlərimiz, Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb. Soydaşlarımız ABŞ, Kanada, Belçika, Fransa, Moldova, Rusiya, Polşa və bir sıra digər ölkələrdə …

Read More »

Spiker Qafarova Moskvaya dəvət olundu – Rusiya səfiri Milli Məclisdə

İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.Səfir Mixail Boçarnikov görüş imkanı yaradıldığı üçün Milli Məclis sədrinə minnətdarlığını bildirib. Rusiyalı səfir əvvəlcə Sahibə Qafarovanı Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu …

Read More »