Şənbə , 27 Aprel 2024

Dağlıq Qarabağ münaqişəsi

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər verir ki, məzarlıqda 12 nəfərə aid qalıqların üzərlərində və ətrafda tapılan əşyalardan onların hərbçi olduğu ehtimal edilir. Bundan başqa, aşkarlanan qalıqlardan görünür ki, həmin şəxslər ölməzdən əvvəl əlləri və ayaqları məftil və ya kəndirlə bir-birlərinə bağlanıb. Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa …

Read More »

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı

Ermənistan Müdafiə nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan silahlı qüvvələrinin bölmələrinə atəş açması barədə açıqlama yaymışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapmışdır. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur. Bu fakt bir daha onu sübut edir …

Read More »

Ukrayna səfiri: “Ağdam Azərbaycanın vizit kartı olacaq”

“Əminəm ki, gələcəkdə Ağdam Azərbaycanın vizit kartı olacaq”. Boyukmillet.com xəbər verir ki, bu barədə Bakıda keçirilən Kiyevin turizm imkanlarının təqdimatının nəticələrinə həsr olunmuş mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy bildirib. “Bir vaxtlar gözəl şəhər olmuş Ağdamda müharibə vaxtı yalnız müşahidə məntəqəsi kimi istifadə edilmiş məscidin salamat qalmasını görmək ürəksıxıcı haldır”, – diplomat bildirib. Səfir Ağdama səfər etdiyini və şəhərin erməni işğalından …

Read More »

Azad olunan ərazilərdə hərbi qulluqçularla keçirilən tədbirlər davam edir

2021-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli təşkili məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün keçirilən tədbirlər davam edir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının Kəlbəcər rayonu ərazisində təşkil …

Read More »

Cəbrayılda erməni hərbçilərin meyitləri aşkarlandı

Cəbrayıl rayonunda bu gün aparılan axtarışlar zamanı Ermənistan silahlı qüvvələrinin ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmiş daha iki hərbçisinin meyiti aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, hərbçilərin meyitlərinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq. Onlar müharibə zamanı itkin düşmüş hesab edilirdi. Bununla da Qarabağda meyiti tapılan itkin erməni hərbçilərin sayı 1 …

Read More »

Füzulidə minaya düşən mülki şəxs vəfat edib

Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb. Baş Prokurorluqdan bildirilib ki, Zabil Babayevin xəstəxanaya çatdırılıb, lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, sonuncu aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, …

Read More »

Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı açıqlanıb

Ötən gün Qarabağda daha 3 erməni hərbçisinin qalıqları tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın fövqəladə hallar üzrə dövlət xidmətinin nümayəndəsi Unan Tadevosyan verib. “Ölən iki nəfərin meyiti Cəbrayıldan, daha bir nəfərin isə Xocavənddən götürülüb. Ümumilikdə 1 138 nəfərin qalıqları tapılıb”, – U.Tadevosyan vurğulayıb. O bildirib ki, Qubadlı və Hadrut istiqamətində axtarışların aparılması üçün hələlik icazə alınmayıb: “Hadrutda axtarış işlərinin bərpa …

Read More »

Ermənilərin cəbhəboyu ərazilərdə basdırdıqları minalar zərərsizləşdirildi

Ötən ilin 21-31 dekabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Qazax, Qubadlı, Tərtər rayonları və Mingəçevir şəhəri ərazilərində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 44, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 6 və Dövlət Sərhəd Xidmətindən 1 müraciət daxil olub. ANAMA-dan bildirilib ki, daxil olmuş 51 …

Read More »

Qubadlıda 18 əsgəri ölümə göndərən erməni zabit SAXLANILDI

Ermənistanda Qarabağ məğlubiyyətinə görə, hərbçilərə qarşı cinayət işləri açılıb. Boyukmillet.com xəbər verir ki, Qubadlının Xanlıq kəndi istiqamətində oktybarın 9-da gedən döyüşlərdə yol verilən səhvlərlə bağlı hərbi hissə komandirinin müavini saxlanılıb. Ölən hərbçilərdən birinin atası kənd uğrunda döyüşlər gedən zaman erməni hərbçilərin Ordumuza məxsus drondan qorunmaq üçün ətraf ərazilərdə gizləndiyini xatırlayıb. Lakin drona əhəmiyyət verməyən hərbi hissə komandirinin müavini hərbçilərə toplanaraq …

Read More »

Ermənistanın əcnəbi terrorçulardan istifadəsinə dair hesabat beynəlxalq təşkilatlara təqdim edilib

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın həyata keçirdiyi əks-hücum nəticəsində davam etmiş 44 günlük müharibə ərzində zəbt edilmiş ərazilərin böyük bir hissəsi erməni işğalından azad olunub. Hərbi əməliyyatlar zamanı qazanılmış qələbə işğalçını təslim olmağa məcbur etmiş və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan tərəfindən birgə bəyanatın imzalanması ilə Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilib. …

Read More »