Çərşənbə axşamı , 7 May 2024

Dağlıq Qarabağ münaqişəsi

MM sədrinin müavini: “Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir”

“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”. Boyukmillet.com  xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa …

Read More »

Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib

Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib. Boyukmillet.com  xəbər verir ki, diplomat Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib. “Aydın olsun deyə, bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri bunları dedi: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. …

Read More »

Deputat: “Parisdəki səfirimizi geri çağırmalıyıq”

“Fransa senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir”. Boyukmillet.com  xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında deputat Azay Quliyev Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib. “Biz Fransanın vasitəçilik …

Read More »

Milli Məclis Fransaya etiraz etmək üçün işçi qrup yaratdı

Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı etiraz bəyanatın hazırlanması ilə bağlı komissiya yaradılıb. Boyukmillet.com  xəbər verir ki, bunu parlamentin bu gün keçriilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib. O bildirib ki, komissiyanın tərkibinə sədr Səməd Seyidov, deputatlardan isə Fazil Mustafa, Cavanşir Feyziyev, Əminə Ağazadə …

Read More »

Ermənilər bu dəfə Laçını yandırmağa başladılar – FOTOLAR

Ermənistan ordusu Kəlbəcər və Ağdam rayonlarından sonra Laçın rayonunun əksər kəndlərini də tərk etməlidir. Boyukmillet.com  xəbər verir ki, bölgəni dekabrın 1-nə qədər tərk etməyə hazırlaşan ermənilər Kəlbəcərdə olduğu kimi, yenə ərazilərə od vurmağa başlayıblar. Beynəlxalq jurnalistlər Laçındakı həmin vandalizm aktlarının bir hissəsini lentə alıb.

Read More »

Kəlbəcərin azad olunması Ukrayna mediasında

Ukraynanın aparıcı KİV-ləri Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad olunmasına və Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciətinə dair xəbərləri geniş işıqlandırıb. Boyukmillet.com  xəbər verir ki, Ukrinform, UNİAN, “RBK-Ukrayna” informasiya agentlikləri, “Segodnya”, “Gordon”, “Dialog” və digər portalların yaydıqları informasiyalarda Azərbaycan Silahlı Qüvvələrinin ordu birləşmələrinin Kəlbəcər rayonuna daxil olması barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya …

Read More »

İşğaldan azad olunan Kəlbəcərin çayları və gölləri yenidən qiymətləndiriləcək

İşğaldan azad olunan Kəlbəcər rayonu gözəl təbiəti, əlverişli relyefi, zəngin yeraltı və yerüstü təbii ehtiyatları, böyük müalicəvi təsirə malik mineral su yataqları, çayları və gölləri ilə tanınır. Rayonun ərazisində Böyük Alagöl, Kiçik Alagöl, Qanlıgöl, Dibgöl, Əyrigöl, Naxırgöl, Böyükgöl kimi bir çox göllər mövcuddur. Boyukmillet.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bildirib. Onun sözlərinə görə, Qarabağın ən …

Read More »

Baş konsul: “Erməni lobbisi dəridən-qabıqdan çıxsa da, həqiqəti dəyişə bilməz”

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin sənədlərini Fransa səfiri necə zəiflətdi” başlıqlı məqaləsi ABŞ-ın “Medium” onlayn media platformasında dərc edilib. Konsulluqdan bildirilib ki, məqalədə 25 noyabrda Kəlbəcərin 27 illik işğalına son qoyulmasından bəhs edilib. N.Ağayev 1993-cü ildə Kəlbəcərin işğalının və orada yaşayan azərbaycanlıların etnik təmizləməyə məruz qalmalarının Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı səhifələrindən biri olduğunu …

Read More »

Ermənistan müxalifəti Paşinyanın istefası üçün hərbi vəziyyəti ləğv etdirmək istəyir

Ermənistan parlamentinin müxalifətdən olan deputatları ölkədə hərbi vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi məqsədilə Milli Məclisin növbədənkənar iclasının çağırışı təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir. İclasın bu gün saat 11-də keçirilməsi planlaşdırılır. Müxalifət hərbi vəziyyətin ləğvindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın istefası prosesinə təşəbbüs etməyə nail olacağını gözləyir. Hakimiyyət əleyhdarları Paşinyanı Qarabağ üzrə Bəyanatı …

Read More »