Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Ermənistan müxalifəti Paşinyanın istefası üçün hərbi vəziyyəti ləğv etdirmək istəyir

Ermənistan parlamentinin müxalifətdən olan deputatları ölkədə hərbi vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi məqsədilə Milli Məclisin növbədənkənar iclasının çağırışı təşəbbüsü ilə çıxış etmək niyyətindədir.

Bu barədə Boyukmillet.com Ermənistan mətbuatına istinadən xəbər verir.

İclasın bu gün saat 11-də keçirilməsi planlaşdırılır.

Müxalifət hərbi vəziyyətin ləğvindən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın istefası prosesinə təşəbbüs etməyə nail olacağını gözləyir. Hakimiyyət əleyhdarları Paşinyanı Qarabağ üzrə Bəyanatı imzalamaqda ittiham edirlər.

Hərbi vəziyyətin ləğvindən sonra həmçinin ölkədə qadağan olunmuş etiraz aksiyalarının keçirilməsi imkanı ortaya çıxacaq.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …