Şənbə , 20 Aprel 2024
Drone Cameras

Qubadlıda 18 əsgəri ölümə göndərən erməni zabit SAXLANILDI

Ermənistanda Qarabağ məğlubiyyətinə görə, hərbçilərə qarşı cinayət işləri açılıb.

Boyukmillet.com xəbər verir ki, Qubadlının Xanlıq kəndi istiqamətində oktybarın 9-da gedən döyüşlərdə yol verilən səhvlərlə bağlı hərbi hissə komandirinin müavini saxlanılıb.

Ölən hərbçilərdən birinin atası kənd uğrunda döyüşlər gedən zaman erməni hərbçilərin Ordumuza məxsus drondan qorunmaq üçün ətraf ərazilərdə gizləndiyini xatırlayıb. Lakin drona əhəmiyyət verməyən hərbi hissə komandirinin müavini hərbçilərə toplanaraq avtomobilə oturmağı əmr verib. Nəticədə dron avtomobili məhv edib.

Hərbçinin atası zabitin səhv əmrinə görə maşında olan oğlu və yoldaşlarının öldüyünü qeyd edib. Faktla bağlı hərbi hissə komandirinin müavini saxlanılıb. İnsident zamanı polkovnik-leytenantın əmri 18 hərbçinin ölümü, 1-nin yaralanması ilə nəticələnib. 

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …