Cümə , 19 Aprel 2024

Siyasət

Fransada parlamentarilər prezidentə Ermənistanla bağlı müraciət etdilər

Fransa Parlamentinin üzvləri ölkə Prezidenti Emmanuel Makrona Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə dair müraciət ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, deputatlar Guy Briku (Guy Bricout), Jerom Lamber (Jerome Lambert), Jan – Lük Raytzer (Jean-Luc Reitzer), Jan Pyer Do (Jean Pierre Door), senatorlar Alən Uper (Alain Houpert), Andre Reşard (Andre Reichardt) birgə müraciətlərində ölkə prezidentindən Ermənistanı işğalçılıq siyasətinə …

Read More »

Həmsədrlər Azərbaycan və Ermənistana müraciət etdilər

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik bəyanat yayıblar. Bu barədə Open.az-a ATƏT-dən bildirilib. Qeyd edilir ki, həmsədrlər bəyanatda tərəfləri danışıqlar masası ətrafına əyləşməyə çağırıblar.

Read More »

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

24 iyul 2020-ci ildə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ABŞ, Belçika, Böyük Britaniya, Fransa və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məktub ünvanlayaraq Ermənistanın 12 iyul 2020-ci ildən etibarən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və yuxarıda adı sadalanan 5 ölkədə yaşayan Azərbaycan diasporu nümayəndələrinin Ermənistanın təcavüzünə qarşı …

Read More »

Türkiyə səfiri Çexiyada ermənilərə qarşı duran azərbaycanlılara qoşuldu – FOTO

Hazırda Çexiyanın paytaxtı Praqa ermənilər Azərbaycan Səfirliyi qarşısına toplaşıblar. Eyni zamanla yüzlərlə azərbaycanlı səfirliyimizi müdafiə etmək üçün binanın ətrafına toplaşıblar. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Egemen Bağış da azərbaycanlılara dəstək və ermənilərə qarşı durmaq üçün həmvətənlərimizə qatılımaq üçün aksiyaya gəlib. O, bu jesti ilə “Azərbaycanın yanında, ermənilərin isə qarşısında olduğunu” göstərib.

Read More »

Əli Əhmədov: “Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir”

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi tənzimlənməməsi Ermənistanın ardıcıl olaraq davam edən təxribatları üçün “münbit” zəmin yaradıb. İyulun 12-də dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribat nəticəsində baş verən qanlı toqquşmalar da bunun nümunəsi sayıla bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün partiyanın İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq …

Read More »

Serbiyadakı Səfirliyimiz bu ölkədəki həmvətənlərimizə müraciət etdi

Azərbaycanın Serbiyadakı Səfirliyi bu ölkədə yaşayan həmvətənlərimizə müraciət ünvanlayıb. Müraciətdə deyilir:  Əziz həmvətənlərimiz, Bildiyiniz kimi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü dəf edildikdən və düşmənə ağır zərbələr vurulduqdan sonra dünyanın müxtəlif yerlərində radikal erməni ekstremistlərinin diplomatik missiyalarımız da daxil olmaqla həmvətənlərimizə qarşı müxtəlif kriminal yönümlü zorakı fəaliyyətləri artıb. Soydaşlarımız ABŞ, Kanada, Belçika, Fransa, Moldova, Rusiya, Polşa və bir sıra digər ölkələrdə …

Read More »

Spiker Qafarova Moskvaya dəvət olundu – Rusiya səfiri Milli Məclisdə

İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.Səfir Mixail Boçarnikov görüş imkanı yaradıldığı üçün Milli Məclis sədrinə minnətdarlığını bildirib. Rusiyalı səfir əvvəlcə Sahibə Qafarovanı Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu …

Read More »

Mehriban Əliyevadan erməni vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara çağırış: “”Erməni vandalizmi haqlı olaraq bizdə hiddət doğurur”

Birinci Vitse-prezident Mehriban Əliyeva Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı müraciət ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir: “Əziz həmvətənlər! Amerikanın Los-Anceles şəhərində və bəzi Avropa ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələr milyonlarla azərbaycanlı kimi, məni də dərindən hiddətləndirib. Azərbaycanlıların öz Vətənini dəstəkləmək üçün müvafiq dövlət orqanları ilə əvvəlcədən razılaşdırılmış dinc, …

Read More »

Sabir Rüstəmxanlıdan Dünya Azərbaycanlılarına çağıış: erməniləri diplomatiya və hərb meydanında məğlub edək

Ermənistan hakimiyyətinin təcavüzkar siyasəti nəticəsində cəbhədə yaşanan gərginlik artıq bölgə sərhədlərini aşmaqdadır. Azərbaycan Respublikasının enerji layihələrinə təhlükə yaratmaq cəhdi, Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat, ölkəmizin dövlət sərhədlərinə açıq-açığına təcavüz erməni siyasətinin iç üzünü aşkarlamaqla yanaşı, böyük enerji layihələrinin gerçəkləşdiyi bölgədə mümkün hərbi gərginliklə bağlı dünya ölkələrində də narahatlıq yaratdı. Beynəlxalq təşkilatların və böyük dövlətlərin son olaylarla bağlı mövqeyində də …

Read More »

Düşmən düşünməsin ki, biz torpaqlarımızın itirilməsi ilə barışmışıq.

2020-ci ilin 15 iyul tarixi Azərbaycan xalqı üçün təqvimdə adi günlərdən biri olmaqdan çıxdı. Həmin gün xalq lazım gələrsə, istədiyi vaxt öz iradəsini göstərə biləcəyini ifadə etdi. Şəhid xəbərindən ürəyi yanan insanlar öz ordusuna, dövlətinə dəstəyini ifadə etmək üçün küçələrə çıxdılar. Lakin dinc şəkildə davam edən yürüş bəzi təxribatçı əməllər nəticəsində qanıqaraçılıqla sona çatdı. Bu cür sonluq gözləməyən əksər insanlarda …

Read More »