“Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən …
Read More »Elmar Məmmədyarov istefa verdi
Elmar Məmmədyarov istefa verib. Boyukmillet.com xəbər verir ki, Xarici İşlər Nazirliyinin sabiq rəhbəri artıq istefa ərizəsini təqdim edib. Məlumata görə, artıq nazir postuna yeni təyinat olub və XİN-nin yeni rəhbəri mövcud nazirlərdən biridir.
Read More »Ceyhun Bayramov Xarici İşlər naziri təyin edilib
Azərbaycan Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycanın Xarici işlər naziri təyin edilib. Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzifəsindən azad olunub.
Read More »Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin birgən BƏYANATI
Azərbaycana qarşı təcavüzkar siyasət yürüdərək, ərazilərimizin 20 faizini işğal edən Ermənistan himayədarlarına arxalanaraq, öz işğalçılıq siyasətinə son qoymaq niyyətində olmadığını hər addımda nümayiş etdirir. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın azğınlığı o həddə çatıb ki, bu təcavüzkar ölkə artıq işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik rayonlardan deyil, sərhəd ərazilərindən Azərbaycana qarşı hərbi əməliyyatlar aparmağa cəhd göstərir. Ermənistanın iyulun 12-də başlayan …
Read More »Rufiz Qonaqov: Bu dəfə ermənilərin heç bir yalvarışlarına Azərbaycan məhəl qoymayacaq
Iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu Ağdam kəndi istiqamətində erməni silahlı birləşmələri növbəti dəfə Azərbaycan torpaqlarına minaatanlardan və qumbaralardan silahla atəş açıblar və təxribat törədiblər. Azərbaycan ordusu düşmənə layiqli cavabını verib. Bu fikirləri Day.Az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bildirib. “Əldə etdiyimiz məlumatlara görə xeyli sayda düşmən məhv edilib. Bu Ermənistanın Azərbaycana qarşı və Azərbaycanın sərhəd …
Read More »“Rəhim Qazıyev kimi adamlar ömrünü həbsxanada keçirməlidir”
Həsənli: “Belə bir mövqe sərgiləyən ermənidirmi?” Sabiq Müdafiə naziri Rəhim Qazıyevin sosial şəbəkələr üzərindən etdiyi son, səsli müraciət cəmiyyət tərəfindən ciddi etirazla qarşılanıb. İyulun 12-dən etibarən ermənilərin təxribatları nəticəsində Tovuz rayonu istiqamətində yaranan gərginlikdən danışan sabiq nazir dezo informasiya xarakterli fikirlər səsləndirib. O, açıq şəkildə ictimaiyyəti provokasiyaya çəkməyə çalışıb.Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai …
Read More »Prezident generalın anasına, polkovnikin oğluna zəng etdi – FOTOLAR
İyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevlə vida mərasimi keçirilib. İkinci Fəxri Xiyabandakı vida mərasimində Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-leytenant …
Read More »Ədalət Vəliyev DADP sədri ilə görüşdü
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) Mətbuat xidmətinin verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov arasında görüş keçirilib.Görüş zamanı düşmən ölkənin təxribatı nəticəsində son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginlik, ölkəmizdə koronavirus pandemiyasınına qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində …
Read More »Moskva arzulamadığı dilemma qarşısında: Azərbaycan, yoxsa Ermənistan
Sabiq nazir: “Paşinyan öz siyasəti ilə Rusiya üçün ayrı seçim saxlamayıb” İyunun 12-si günorta saatlarında Ermənistan hərbi bölmələri Azərbaycanla sərhəddə, Tovuz istiqamətində növbəti dəfə təxribata cəhd edib. Belə ki, düşmən Tovuzun Ağdam kəndi istiqamətindəki mövqelərimizə hücum edib. Azərbaycan Silahlı Qüvvələrinin hərbi bölmələri tərəfindən düşmənin hücumunun qarşısı qətiyyətlə alınıb, erməni hərbçiləri itki verərək geri oturdulub. Təxribatın qarşısını alarkən Azərbaycan hərbçilərindən 4-ü …
Read More »Daxili İşlər Nazirliyi açıqlama yaydı – Vətəndaşlara müraciət
“Ermənistanın silahlı qüvvələrinin cari il iyul ayının 12-dən başlayan təxribatı nəticəsində dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycanın qəhrəmancasına həlak olmuş hərbi qulluqçularının ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidlərimizin ruhuna göstərdikləri böyük ehtirama görə xalqımıza minnətdarlığımızı bildiririk”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Daxili İşlər Nazirliyinin az əvvəl yaydığı açıqlamada bildirilib. Məlumatda daha sonra deyilir: “Eyni zamanda, vətəndaşlarımızı bütün …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
