Cümə , 29 Mart 2024

Siyasət

“Mən sənə göstərdiyim o böyük etimada görə çox təəssüf edirəm” – Əli Həsənov

Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov “Demokrat.az” xəbər portalının suallarını cavablandırıb.  Boyukmillet.com Demokrat.aza istinadən müsahibəni sizə təqdim edir. Telefon söhbəti zamanı Əli Həsənov ailəsinin 208 min manat vergi borcunun olması barədə yayılan məlumatlara münasibət bildirib, biznesi və digər bu kimi məsələlərdən danışıb:– Yəqin ki, istirahətdəsiniz?– Bəli, buyurun!– Narahat etdiyim üçün üzrlü sayın, bir …

Read More »

Natiq Cəfərli TƏBİB haqda: “Cəmi 2 gün önünüzü görə bilmirsinizsə, axmaq xəstəliklə mübarizəni necə aparırsınız?!”

Səhv etmirəmsə bir dəfə bunu yazmışdım, qısa bir daha qeyd edim: 2009-cu ildə ABŞ-da, Seattle şəhərində bir konfransa, “Beyin Mərkəzlərindən” birinin müzakirələrinə qatılmışdım. Mövzu “Dünya-2040” idi, əvvəl mənə çox absurd və gülməli gəldi, sonra 4 saat çox diqqətlə bütün çıxışları, müzakirələri izlədim. Çıxış edənlərin heç biri ehtimallardan danışmırdılar, hamısı modellər təqdim edərək, məsələn, 2020-də, 2030-da və 2040-da hansı problemlərin necə …

Read More »

Paşinyan, Babayan, Sefilyan – silah qaçaqmalçıları bir arada – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağdakı erməni vətəndaşları ilə işbirliyini zahirən adi sayırlar. Bu əməkdaşlıqda cinayət elementi görmürlər. Ancaq Azərbaycan torpaqlarının işğalı və bu hadisəyə göz yummaq ən böyük cinayətdir.  Deməli, bu günlərdə Paşinyanın cani dotlarından biri Samvel Babayan Qarabağdakı erməni icması tərəfindən vəzifəyə təyin edilib. O, 1965-ci il martın 5-də Azərbaycanın hazırda işğal altında olan Xankəndi şəhərində anadan olub. Sonradan …

Read More »

Ermənilər snayper tüfənglərindən istifadə edərək atəşkəs rejimini 22 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə Boyukmillet.com Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Füzuli rayonunun işğal altında olan Qaraxanbəyli kəndi yaxınlığında, həmçinin Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə …

Read More »

Prezident İlham Əliyevdən Paşınyana cavab

Prezident İlham Əliyevin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan ermənicə replika atır. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel: bizə tərcümə gəlmir, Paşinyan. Nikol Paşınyanın replikası: Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta …

Read More »

Ermənistanda baş verənlər ölkədə siyasi böhranın dərinləşməsinə gətirib çıxaracaq

Ermənistanda mövcud hakimiyyət müxalif qüvvələri güc yolu ilə sıradan çıxarmaqda maraqlı görünür. Tsarukyanın deputat toxunulmazlığının ləğv edilməsi və onun tərəfdarlarının polis gücü ilə təzyiqə məruz qalmaları Nikol Paşinyanın Ermənistanda diktatura rejimini tətbiq etdiyinin açıq göstəricisidir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdirmalar Mərkəzinin sədri Samir Adıgözəlli bildirib. Mərkəz sədri qeyd edib ki, siyasi təqiblər, həbslər, Paşinyanı tənqid edənlərin təzyiqlərə …

Read More »

Azərbaycan-İran sərhədində atışma: ölən var

Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunmuşdur. …

Read More »

Əliyev və Putin sərhəddəki vəziyyətdən danışdı

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu …

Read More »

Türk ordusu Ermənistana müdaxilə edə bilər: Məxfi qrifli “Altay” ƏMƏLİYYATI

Türkiyənin Ermənistan və Yunanıstana hərbi müdaxilə planı hazırladığına dair iddialar irəli sürülüb. Boyukmillet.com xəbər verir ki, bu iddia İsveçin “Nordic Research Monitoring Network” qeyri-kommersiya təşkilatının “Nordic Monitor” portalı tərəfindən gündəmə gətirilib. İddiaya görə, belə bir planın olması faktı 15 iyul dövlət çevrilişinə cəhd işi üzrə həyata keçirilən məhkəmə prosesinin materiallarında təsadüfən ortaya çıxıb. Portalın iddiasında qeyd olunur ki, Ermənistana hərbi …

Read More »

Dağıstandakı insindentə görə 100-ə yaxın azərbaycanlı – həbs edildi

Rusiya ilə Azərbayacan sərhəddində, Dağıstan ərazisindəki Kullar kəndi yaxınlığında baş verən insidentdən sonra 100-ə yaxın azərbaycanlı həbs edilib.Boyukmillet.com un məlumatına görə, bu barədə “İnterfaks”a Məhərrəmkənd rayonunun rəhbəri Fərid Əhmədov bildirib. Həbslər sərhəddə baş verən konfilikdən sonra başlayıb. F.Əhmədovun sözlərinə görə, saxlanılan 93 nəfərdən 80-na 10 sutka cəza verilib.Xatırladaq ki, müvəqqəti saxlanma düşərgəsində baş verən hadisə ilə bağlı hakimiyyət nümayəndəsinə qarşı …

Read More »