Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, icmanın bəyanatında Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və işğal edilmiş digər rayonlarından olan məcburi köçkünlərin 30 ilə yaxındır erməni təcavüzündən əziyyət çəkdiyi bildirilir. Qeyd edilir ki, 1988-ci ildə azərbaycanlılara qarşı başlayan etnik təmizləmə …
Read More »“Mənə FETO-çu deməkdənsə keçmişinizə və cocuqlarınızın harada təhsil almasına baxın…”
“Palmali” Şirkətlər qrupunun sahibi Mübariz Mənsimov sosial şəbəkə hesabı ilə onu casusluqda suçlayanların ünvanına sərt ifadələr işlədib.İş adamının sözügedən statusunu təqdim edirik:“Sevgili Arkadaslarım, yurttaşlarim beni sevenler, namuslu bacı ve kardeslerim. Bu konuşmayı yapmak zorundayım.Bana karşı çok çirkin bir oyun kuruluyor. Beni terörle, FETÖ terör örgütü ile ilişkide ve casuslukda yalandan ittiham ederek üzerime suç atmak istiyorlar. Bunu yapanlarda bir grup kendi …
Read More »321 nəfər deputatlığa namizədliyini geri götürüb
Milli Məclisə seçkilərdə iştirak etmək üçün 1637 namizəd qeydə alınıb. Onlardan 321-i namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir. Həmçinin, Mərkəzi Seçki Komissiyası (MSK) 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.Ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.
Read More »“Azərbaycan və Türkiyə Avropa Şurasında daim ədalətsizliklə üzləşib” — Bilal Dündar
Avropa Şurası hər zaman ikili siyasət həyata keçirib. Bu təşkilat qaydalara uyğun yox, maraqlarına görə fəaliyyət göstərir. Maraqlara cavab verməyən dövlətlərə qarşı isə qərəzli mövqe nümayiş etdirir. Boyukmillet.com bildirir ki, bu fikirləri açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. B.Dündar qeyd edib ki, Azərbaycan və Türkiyə Avropa Şurasının üzvü olsalar da, ancaq hər iki qardaş ölkə daim ədalətsizliklə …
Read More »Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Fevralın 7-də Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Daimi nümayəndəlikdən Boyukmillet.com-a bildiriblər ki, nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbiri açaraq Naxçıvanın muxtariyyətinin böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxdığını, gərgin, ağır, eyni zamanda, şərəfli bir yol keçdiyini bildirib. O deyib: “Ötən 96 il ərzində çox hadisələr olub. Həmin hadisələrin fonunda ümummilli …
Read More »“Bundan sonra da Azərbaycanı bütün dünyada müdafiə edəcəyəm” – Çavuşoğlu
“Prezident İlham Əliyevin “Dostluq” ordenini mənə təqdim etməsi sürpriz oldu. Azərbaycan Prezidentinə bir daha təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu deyib. “Prezident İlham Əliyev iki ölkənin münasibətlərinə verdiyim töhfələrə görə, bu ordeni mənə təqdim etdi. Hər iki ölkə bir-birini müdafiə edir. Azərbaycan bizim olmadığımız yerlərdə Türkiyənin haqqını bizim qədər müdafiə edir. …
Read More »Şok Qarabağ iddiası: Müqavilə hazırlanır – İngilis politoloq
Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsinin həlli üçün danışıqlar prosesi getdikcə gərginləşir. Son iki ayda Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki görüş keçirib. Yanvarın son günlərində Cenevrədə ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə son görüş iki gün davam etdi. 14-16 fevral tarixlərində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri – Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşü istisna …
Read More »Türk dövlətlərinin xarici işlər nazirləri Bakıda toplandı
Bu gün Türk Dövlətləri Əməkdaşlıq Şurasının Xarici İşlər nazirləri Şurasının növbədənkənar iclası Bakıda keçirildi. Boyukmillet.com xəbər verir ki, iclasda Fəxri Prezidentin statusunun müəyyənləşdirilməsi, təşkilata üzv olmayan ölkələr, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. İclasda Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları da müzakirə edilib. XİN başçıları üzv ölkələr arasında iqtisadi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təşkilat daxilində birliyin gücləndirilməsinin vacibliyini …
Read More »Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 5-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-ın məlumatına görə, Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması …
Read More »Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilib – SƏRƏNCAM
Prezident İlham Əliyev fevralın 5-də Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Boyukmillet.com-ın məlumatına görə, Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilsin”.
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
