Cümə , 3 May 2024

Siyasət

MDB məkanında etnik separatizm problemlərinin hələlik heç biri həll olunmayıb – Qarabağ problemi də həmçinin…

Yeganə Hacıyeva: “Həmin münaqişələr müstəqil olan ölkələrdə ona görə yaradıldı ki, Rusiya ölkələrə məhz münaqişələr vasitəsilə nəzarət edə bilsin” Etnik münaqişələr, bir qayda olaraq, maddi və mənəvi resursların bölüşdürülməsinə nəzarət uğrunda gedən geosiyasi mübarizədir. Belə münaqişələr müxtəlif etnosların ayrı-ayrı nümayəndələri, sosial qruplar, habelə iki və ya daha çox etnosun qarşıdurması kimi özünü büruzə verir. Bu tip münaqişələrin “soyuq müharibə”nin bitməsi …

Read More »

Radikal müxalifət rəhbərləri sosial şəbəkələrdə də bir-birilə normal dialoqa çıxa bilmirlər

Radikal müxalifət hər zaman hakimiyyəti onları təbliğat imkanlarından məhrum etməkdə günahlandırıb. İddalarının da məğzi bundan ibarətdi ki, guya hakimiyyət onlara nəzarətində olan televiziyalara çıxmağa şərait yaratmır. Sonra dedilər ki, onsuz da televiziyalara baxan yoxdur, hamı sosial şəbəkədən istifadə edir, heç ora çıxmaq onlara lazım deyil.   Müxalifətin əlində sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi informasiya resurslarının olduğu məlumdur. Ancaq maraqlıdır …

Read More »

Cəsarət Hüseynzadə: “Cəmil Həsənli ABŞ-dan sifarişlər gətirir” RƏY-ÖZƏL

“Mitinqlər keçirtmək və bu mitinqlərə daha çox müxalifət partiyalarını cəlb etmək hər zaman AXCP-nin siyasi menyusunda olan bir məsələdir”. Bunu SİA-ya açıqlamasında QHT.az saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. Onun sözlərinə görə lakin məsələ ondandır ki, bir neçə dəfə bəzi partiyalar bu “tora” düşüb və sonra da çox peşman olublar: “Çünki AXCP rəhbərliyi özlərini həmişə olduğu …

Read More »

Bilal Dündar: Tarix boyu qana doymayan ermənilər sabitliyin təmin olunmasına imkan vermirlər

Yüz illərdi türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar ediblər. Birinci dünya müharibəsi zamanında Osmanlı imperiyasının süqutundan istifadə edən erməni terrorçuları bu ərazidə yaşayan müxtəlif xalqlara qarşı amansız vəhşiliklər törədiblər. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, sonrakı dövlərdə də analoji terror azərbaycanlılara qarşı edilib. Dağlıq Qarabağ ərazisində …

Read More »

Eldar İbrahimovun açıqlaması İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir – Əli Həsənov

Prezidentin köməkçisi deputat Eldar İbrahimovun dediklərinə münasibət bildirdi Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün Facebook səhifəsində yazıb. Boyukmillet.com həmin statusu sizə təqdim edir: “Milli Məclisin komitə sədri, Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Eldar İbrahimovun adından dünən yayılan açıqlama sosial şəbəkələrdə …

Read More »

“Əli Kərimlinin xəyanətkar və anti-azərbaycançılıq obrazı hər kəsə məlumdur” – MÖVQE

“Bu gün ölkəmizdə görülən hər bir iş, atılan hər bir addım, Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və bu xalqımız tərəfindən alqışlanır, çünki dünyanı bürüyən siyasi və iqtisadi böhrandan yalnız inkişaf yolu ilə çıxmaq olar. Mən təəssüf edirəm ki, özlərini müxalifət lideri adlandıran bəzi siyasətbazlar hələ də öz ucuz təfəkkürlərinə əsaslanaraq, meydan siyasəti ilə məşğul olurlar”. Bu …

Read More »

Türkiyə Prezident Administrasiyasının İdarə rəhbəri Əli Həsənovla görüşüb – Foto

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov Türkiyə Prezident Administrasiyasının  Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. Azadinform xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etdilib.

Read More »

“Qardaş türkdilli dövlətlərlə əlaqələrin möhkəmlənməsi Azərbaycan üçün xüsusi önəm daşıyır”

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasının iştirakçılarına təbrik məktubu göndərib. Məktubda deyilir: Hörmətli iclas iştirakçıları! Sizi Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXII iclasında ürəkdən salamlayıram. Azərbaycan Respublikası beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Müasir dünyada sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər yaranmaqdadır. Bu təhdidlərin vaxtında aşkarlanaraq qarşısının alınması bütün …

Read More »

ABŞ-dan Ermənistana zərbə – işğalçı ölkə iki od arasında

İrəvanın Suriyaya hərbçilərini göndərməsi Ağ Evin səbirini daşırıb; Paşinyanın okeanın o tayına səfəri ərəfəsində Ermənistanın qarşısında sərt tələblər qoyuldu; politoloq: “Bu hadisə Ermənistanda şok effekti yaradıb” Rusiya ilə münasibətləri getdikcə gərginləşən Ermənistan rəhbərliyi özünü “qərbyönümlü” kimi göstərməyə çalışdığı bir vaxtda ABŞ-dan da sərt şapalaq alıb. Mətbuatda yayılan məlumata görə, bu günlərdə ABŞ administrasiyası Ermənistan hakimiyyəti qarşısında hərbi kontingentin Suriyadan geri …

Read More »

Samir Adıgözəlli: “Paşinyan Şişkinlə bağlı məsələni ictimailəşdirməklə Putinə cavab reaksiyasını nümayiş etdirir”

Ermənistanın Miqrasiya Xidməti Rusiya müxalifətçisi, ultrasağçı radikal Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib. Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi. Şişkin özü isə bu haqda belə deyib: “Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn, müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş …

Read More »