Bazar ertəsi , 13 May 2024

Siyasət

Paşinyanın “ölü Miatsumu” xortlatmağı, “iflas ssenarisinə” Əliyevin öncül yanaşması və radikal müxaliflərin “erməni dayılığı”… – Aydın QULİYEV yazır

Üç gündür Ermənistanın baş naziri Nikol Paşinyanın işğal olunmuş Xankəndi şəhərimizdə “Ümumerməni oyunları” adı altında əslində başqa oyunlarına, onun bəzi bəyanatlarına öz cəmiyyətimizin, erməni cəmiyyətinin, erməni siyasi müxalifətinin, eləcə də Azərbaycan müxalifətinin reaksiyalarını diqqətlə izləyirik. Verilən qiymətlərin əyri-doğru saydığımız elementlərini aşkar etməklə bərabər, öz dəyərləndirmələrimiz də, təbii ki, var. Real yanaşmalarla bərabər, populist, qeyri-real, qızışdırıcı mövqelərin də şahidi oluruq. Hər …

Read More »

Azərbaycan polisinə qarşı kampaniyaçılığın xaricə çıxan kökləri…

Məhərrəm Zülfüqarlı: “Xaricdə müəyyən mərkəzlər var ki, Azərbaycanı zəiflətmək üçün ölkədəki mövcud quruluşu tənqid edirlər” “Sözügedən qaralama kampaniyası da bunun tərkib hissəsidir” İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Ölkəmizdə ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə …

Read More »

Bakı İrəvanın məkrli planlarını pozur – sərhədlərdə…

Son dövrlərdə cəbhədə düşmən tərəfindən atəşkəsin pozulması hallarının sayının yenidən artması və müxtəlif təxribatlar törədilməsi yeni genişmiqyaslı toqquşmaların başlana biləcəyinə dair xəbərdarlıqları da çoxaldıb. Hətta iş o yerə çatıb ki, məsələyə Rusiya Xarici İşlər Nazirliyi də münasibət bildirib. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu xüsusda bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri …

Read More »

Çöhrəqanlı üzürxahlıq etməlidir.

“Onun Qurban Məmmədova verdiyi son müsahibədən sonra həmin adama münasibətim kökündən dəyişdi” Azərbaycanın bütöv olmasını istəyən çoxlu sayda təşkilat, siyasi lider var. Onlar hesab edirlər ki, bir vaxtlar iki böyük imperiyanın arasında bölünən vətənin nə vaxtsa bütövləşməsi haqdır. Bu yöndə fəaliyyət göstərənlər də az deyil. İranda yaşayan soydaşlarımız arasında da bu məfkurəni bölüşənlər çoxdur. Teokratik İran rejiminin təsiri altında bu …

Read More »

Türk əsilli Conson İngiltərə hakimiyyətinin başında – Türkiyə və Azərbaycanla münasibətlərin sabahı…

“Bildiyim qədər, onun Türkiyə və Azərbaycana gözəl münasibəti var” Britaniya parlamentinin millət vəkili Boris Conson Mühafizəkarlar Partiyasının yeni sədri və bununla da Birləşmiş Krallığın yeni Baş naziri seçilib. Partiyanın 92153 nəfər üzvü onun lehinə səs verib. Beləliklə, o həm partiya sədri, həm də Baş nazir postunda Tereza Meyi əvəzləyəcək. Mey iyun ayının 7-də istefa qərarını bəyan etmişdi. Bunun səbəbi Böyük …

Read More »

“Hər il milli mətbuatla bağlı əlamətdar günlərdə Əli Həsənova qarşı kampaniya başlayır” – PA rəsmisi

Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov Prezidentin köməkçisi Əli Həsənov haqqında “Meydan TV” əməkdaşının sosial şəbəkədə irəli sürdüyü iddalara cavab verib.  Meydan TV”-ni idarə edən şəxslərdən biri Həbib Abdullayev (Müntəzir) Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov haqqında növbəti dezinformasiya xarekterli status paylaşıb. Ümumiyyətlə, maraqlı tendensiyadır ki, hər il milli mətbuatımızla bağlı əlamətdar günlər ərəfəsində Əli Həsənova qarşı kampaniya …

Read More »

Türkiyəni “ələ keçirmək” uğrunda savaş qızışdı, Trampa təzyiqlər artdı

Türkiyənin Rusiyadan S-400 “Triumf” zenit-raket komplekslərini almasına cavab olaraq ABŞ-ın Ankaraya qarşı sanksiyalar tətbiq etməsinə dair müzakirələr gedir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, respublikaçı senatorlar Ankaraya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini Senata təqdim edib. Demokrat senator Bob Menendez də Türkiyənin F-35 qırıcıları proqramından çıxarılmasının yetərli olmadığını, bu ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildirir. Senata təqdim edilən qərar …

Read More »

Köçəryanı həbsdən azad etmiş hakimin evini “şmon” elədilər, bənzər hadisə Azərbaycanda baş versəydi…

“AŞPA və digər qurumlar Ermənistanda baş verənləri susqunluqla qarşılayırlar” Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumatlara görə, bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryanı azadlığa buraxan hakim David Qriqoryanın kabinetində, evində bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarış aparılıb. Hakim ona ünvanlanan “bu axtarış Robert Köçəryanı azadlığa buraxmağınızla bağlı ola bilərmi” sualına “düşünürəm ki, bu hamıya aydındır” kimi maraqlı cavab verib. …

Read More »

Şok gəlişmə: Tramp Azərbaycana niyə 100 milyon dollar ayırdı? – Bölgədə tarazlıq dəyişir

“Bu yaxınlarda ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün onun Senatda təsdiqlənməsi və prezident tərəfindən imzalanması lazımdır”. Bunu politoloq Erkin Qədirli deyib. Ekspertin fikrincə, erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və …

Read More »