Şənbə , 20 İyun 2026
Drone Cameras

Azərbaycanın Qarsdakı Baş konsulu Şanlıurfada görüşlər keçirib – FOTO

Azərbaycanın Qars şəhərindəki Baş konsulu Nuru Quliyev Türkiyənin Şanlıurfa vilayətinin valisi Abdullah Erin, Silahlı Qüvvələrin bu bölgədəki ağır zirehli briqada komandanı, general mayor Oqtay Ağbuqa, vilayətin baş prokuroru Tolgahan Öztoprak, Daxili İşlər Nazirliyinin vilayət üzrə rəisi Səlcuk Doğuş və vilayətin Jandarma komandanı, polkovnik Eyup Sabri Kirişçi ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki görüşlərdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişaf dinamikası yüksək dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri iki qardaş ölkənin tarixi əlaqələrini daha da möhkəmləndirib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …