Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Read More »“Co dayının “Demokratiya sammiti” onun hikkəsindən başqa bir şey deyil” – MÜNASİBƏT BİLDİRİLDİ
“ABŞ prezidenti Co dayının “Demokratiya sammiti” “sən mənim oyunumu pozdun, mən səninlə oynamıram” hikkəsindən başqa bir şey deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli bildirib.Onun sözlərinə görə, bu il 9-10 dekabr tarixində Amerikada keçirilməsi nəzərdə tutulan “Demokratiya sammiti”nə çox da önəm vermək lazım deyil: “Amerika xüsusilə son zamanlar Türkiyəyə qarşı nümayiş etdirdiyi qərəzli münasibətini dünyada Türkiyə ilə dostluq, əməkdaşlıq, …
Read More »Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğunda koronavirusdan dünyasını dəyişən Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovun xatirə guşəsi yaradılıb
Türkiyənin Alaniya şəhərində koronavirusdan dünyasını dəyişən Ukraynanın Xalq rəssamı, tanınmış heykəltaraş Seyfəddin Qurbanovun koronavirusdan dünyasını dəyişməsi, Ukraynanın mədəniyyət və incəsənət cameyəsində böyük hüzn və təəssüf hissi ilə qarşılanıb. Bununla bağlı Azərbaycanın Xarkov Şəhərindəki Fəxri Konsulluğunda Xalq rəssamının xatirə guşəsi yaradılıb. Artıq 3 gündür Ukraynanın tanınmış, incəsənət və mədəniyyət xadimləri, Xarkov vilayət və şəhər admnistrasiyasının rəsmiləri, o cümlədən bu şəhərdə yaşayan …
Read More »TƏCİLİ XƏBƏR: Yaxın saatlarda Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli saziş imzalanacaq
Yaxın saatlarda Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli saziş imzalanacaq. Boyukmillet.com xəbər verir ki, TGK “Operativ məlumat mərkəzi”nin məlumatına görə, Zəngəzur dəhlizi məsələsini həll edən sənədin imzalanması gözlənilir. “Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açıqdır! Gözümüz aydın! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Silahlı Qüvvələrimizə!” – hərbi ekspert Ədalət Verdiyev belə bir status paylaşıb.Yaxın saatlarda bu barədə dəqiq məlumat veriləçək. /Konkret.az/
Read More »Üçüncü Qarabağ savaşı iddiası – növbəti səfərbərlik olacaqmı…
Son günlərdə Ermənistanın Azərbaycanla sərhəddə təxribatlarının sayını artırması, Şuşada erməni terrorçusunun üç azərbaycanlı hərbçisinin üzərinə qumbara atması, son olaraq da cəbhə bölgəsindəki savaş nəticəsində 7 hərbçimizin şəhid olması üçüncü Qarabağ savaşının qaçılmaz olması iddialarına səbəb olub. Doğrudur, son hadisələr səngiyib, atəşkəs əldə olunub, amma buna baxmayaraq, müharibənin hər an başlaya biləcəyini düşünənlər çoxluq təşkil edirlər. Belə bir ərəfədə səfərbərlik ola …
Read More »Naxçıvanda şəhid ehtiramla qarşılandı – FOTOLAR
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu.Lakin noyabrın 16-da Ermənistan dövlət sərhədində növbəti təxribat törədib. Ordumuz tərəfindən düşmən təxribatının qarşısı qətiyyətlə alınıb. Döyüş əməliyyatları zamanı 7 hərbi qulluqçumuz şəhidlik zirvəsinə …
Read More »Azərbaycan ilk dəfə YUNESKO-nun komissiya iclasına sədrlik edir
Parisdə YUNESKO Baş konfransının 41-ci sessiyası keçirilir. Baş konfrans çərçivəsində 17-19 noyabr tarixlərində konfransın Mədəniyyət Komissiyası öz işinə başlayır. Boyukmillet.com xəbər verir ki, YUNESKO-nun bütün üzv ölkələrinin və müşahidəçi statusunda olan təşkilatların da iştirak edəcəyi komissiyanın iclasına Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə sədrlik edəcək. Komissiyanın gündəliyində Büronun tərkibinin seçilməsi, 2022-2025-ci illər üçün büdcə layihəsi, mədəniyyət sahəsində proqramlar, 2022-2029-cu …
Read More »“Zaman bizim xeyrimizə işləyir” – Sərhəd toqquşmasının arxa fonu
Əgər üçtərəfli bəyannaməyə əməl edilməsə, Azərbaycan razılaşmanı tərk edə bilər 44 gün davam edən Vətən Müharibəsi bitsə də, hələ də silahlar susmayıb. Üçtərəfli bəyannamə imzalansa da, qeyd olunan bəndlər həyatda öz əksini tapmayıb. Dünən Azərbaycan-Ermənistan sərhəddində daha bir gərginlik yaşandı. Artilleriya qurğularının da işə salınması ilə aparılan toqquşmada Azərbaycan Ordusu 7 nəfər şəhid verdi. Qeyri-rəsmi mənbələrdə isə Ermənistanın 30-a yaxın …
Read More »Zəfərimiz azərbaycançılığımızdır
Vətən müharibəsində qazandığımız Zəfər azərbaycançılıq ideologiyasının təntənəsidir Müstəqilliyinin bərpasının 30 illiyini qeyd edən Azərbaycan zəngin dövlətçilik tarixinə malikdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı nailiyyətlər qazanan Azərbaycan Respublikası məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli ideologiya və strategiya əsasında inkişaf edir. Heç şübhəsiz ki, bu inkişafda azərbaycançılıq məfkurəsinin xüsusi payı var. “Azərbaycanda azərbaycançılıq ideyasının tarixi, əslində Azərbaycan …
Read More »SAVAŞ AN MƏSƏLƏSİDİR! Rusiya Ukrayna sərhədinə 100 min qoşun yığdı – SENSASİON DETALLAR (FOTOLAR)
Dünyanın gözü yenidən Rusiya-Ukrayna sərhədindədir. Boyukmillet.com xəbər verir ki, bölgədən gələn xəbərlər yenidən qarşıdurma ehtimalının artdığını göstıərir. Krım böhranı ilə bağlı təhlilləri ilə tanınan rusiyalı analitik Dr. Mark Qaleotti Moskva rəhbərliyinin hücum planının olmadığını açıqlasa da, Kiyev hökumətinin çaşqınlığa səbəb olacaq açıqlamalarla çıxış edib. “Washington Post” qəzeti ABŞ və Avropa rəsmilərinə əsaslanaraq hazırladığı xəbərdə Rusiyanın yenidən Ukrayna sərhədlərinə əsgər və texnika …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
