Prezident tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Müstəqillik Günü haqqında” qanun layihəsini həm hüquqi, həm də tarixi və siyasi baxımdan vacib və mühüm hadisə hesab edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin 11 oktyabr 2021-ci il tarixli Plenar iclasında deyib: “Əvvəla, qanun layihəsində 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə dövlət müstəqilliyinin bərpa edilməsi …
Read More »Samir Adıgözəlli: “İfşa edilən Marietta Vartanyan kimi “mömin qadın”ların Ermənistan xüsusi xidmət orqanları tərəfindən meydana çıxarıldığı aydın görsənir”
Ən müxtəlif “obrazlar”da meydana çıxarılan və Azərbaycana qarşı qaralama kampaniyasında “ön cərgəyə” qoyulan “dindar qadınlar”ın son günlərdə aktivləşməsinin şahidi oluruq. Müxtəlif saytlarda, əsasən də sosial şəbəkələrdə, YouTube kanallarında bu “aktiv islamçıları, hüseynçiləri, zeynəbçiləri” görürük. Bir neçə gün əvvəl “Zeynəbcilər meydandadır” adı altında Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirən başı çarşablı “mömin qadının” əsl kimliyi bəlli olub. Bu qadın gah zeynəbçi, …
Read More »İran xəyanətinin Şuşadakı izləri… – Politoloq
“Möhtəşəm Şuşamıza səfər etməyimizə yardım göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusilə təşəkkür edirəm. Belə bir deyim var, “Vətənə gəldim, imana gəldim”. Şuşaya gedərkən təxminən buna bənzər hisslər yaşayırsan. Buranın o qədər gözəl, saf oksigenli havası var ki, insan geri qayıtmaq istəmir. Səfər çox məzmunlu təşkil edilmişdi. Biz Şuşanın bütün tarixi yerlərində olduq. Xan qızı Natəvan bulağını, İsa bulağını, Yuxarı …
Read More »Azərbaycan Tehrana xəbərdarlığını edib: Cavabları veriləcək…
“Azərbaycanın qarşısına maşa olaraq çıxarılmış Ermənistan Respublikası, o cümlədən onun havadarları bir çox hallarda Azərbaycana qarşı təbliğat və təxribat işləri ilə məşğul olublar. Amma Azərbaycan müstəqilliyindən bəri öz mövqeyində prinsipial qalıb, prinsipiallığını da nümayiş etdirir.” Boyukmillet.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib. Polkovnik bildirib ki, heç bir dövlətin bizə qarşı təhdidləri cavabsız …
Read More »“Daxildə iranpərəst qüvvələr var, vəzifədə olanlar da…” – Deputat
“Əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm”. Boyukmillet.com xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov “Yeni Müsavat”a müsahibəsində deyib. O, bildirib ki, müharibə günlərində İran həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. …
Read More »İctimai Şuralara vahid platforma yaradıldı – Azərbaycanda ilk + Fotolar
Oktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın – “ictimaishura.az” saytının təqdimatı keçirilib.Boyukmillet.com xəbər verir ki, tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “FHI 360”, “ICNL və MG Consulting” təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti – ECSOFT” proqramı çərçivəsində “İctimai Şuralar üçün …
Read More »Müqəddəs zəfər yürüşünün bir ili
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu təxribat törətməsinin ardınca Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi, təxminən, otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu il sentyabrın 27-də Anım Günüdə müqəddəs zəfər …
Read More »Azərbaycan qalib olaraq danışıqlara hazırdır
Ali Baş Komandan Prezident İlham Əliyev son günlər nüfuzlu beynəlxalq media orqanlarına müsahibələr verərək bir çox məsələlərə aydınlıq gətirər, dövlətimizin mövqeyini ortaya qoyur. Belə müsahibələrdən biri də dövlət başçımızın 2 oktyabrda İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi olmuşdur. Möhtərəm Prezidentimiz bu müsahibəsində qeyd etmişdir ki, Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına, eyni zamanda gələcək sülh sazişi …
Read More »Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələrinə həsr edib
Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib. Bu barədə Boyukmillet.com sarayın mətbuat xidmətinə istinadən xəbər verir. Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev …
Read More »Azərbaycan Prezidenti Vladimir Putinlə bölgədəki vəziyyəti müzakirə edib
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bölgədəki vəziyyəti müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Read More »