Cümə axşamı , 2 May 2024

Siyasət

Prezident Eldar Quliyevlə bağlı sərəncam İMZALADI

Eldar Allahyar oğlu Quliyev “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. E. Quliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Eldar Quliyev Milli Məclisin deputatı, Ağsaqqallar Şurasının sədridir.

Read More »

Şahin Həsənov: Rusiya və Avropa ittifaqının ölkəmizlə birgə əməkdaşlıqa ciddi maraq göstərməsi Ermənistanı xoflandırır

Nəqliyyat-kommunikasiya məsələlərində ölkəmizin mövqeyi dünya miqyasında dəstəklənməkdədir. Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı həmkarı Vladimir Putinlə görüşündə səslənən fikirlər, eləcə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ölkəmizdə olarkən verdiyi bəyanatlar kontekstində özünü qabarıq şəkildə büruzə verdi. Məsələ ilə bağlı “Boyukmillet. com”_a İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin ( İSBAM ) beynəlxalq əlaqələr departamentinin rəhbəri Şahin Həsənov aşağıdakıları bildirib. Prezident …

Read More »

Fatma Yıldırım: Rusiya Cənubi Qafqaz regionunda yeganə siyasi və iqtisadi güc kimi məhz Azərbaycanı görür

Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də strateji tərəfdaş ölkələrdir. İki qonşu ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın çağırışlarına uyğun olaraq yeni müstəviyə qədəm qoyur. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir. Deputat bildirib ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır, Azərbaycanla Rusiyanın sıx əməkdaşlıq etmədiyi elə bir sahə yoxdur. Azərbaycanla Rusiya …

Read More »

Samir Adıgözəlli: “Baş Prokurorluğun açdığı bu cinayət işi bir sıra şəxsləri əhatə edəcək, o cümlədən də Əbülfəs Qarayevi”

Mətbuatda gedən məlumatlara görə, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin dövründəki yeyintilərə bağlı cinayət işi açılıb. Hesablama Palatasından turizmin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin icrası zamanı yol verilmiş qanun pozuntuları haqqında Baş Prokurorluğa daxil olmuş material üzrə araşdırma aparılıb. Baş Prokurorluqdan “Report”a verilən məlumata görə, müəyyən edilib ki, hazırda ləğv edilmiş Mədəniyyət və Turizm Nazirliyi ilə “Rəqəmli Dövr” MMC arasında …

Read More »

İSBAM Azərbaycan mediasını “Zəfər” ödülü ilə mükafatlandırdı – FOTOLAR

İyulun 22-də İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə “44 günlük Vətən müharibəsində Azərbaycan mediası” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli açaraq Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib. Bildirib …

Read More »

Prezident Naftalana səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində Naftalan şəhərində olub. Boyukmillet.com  xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ulu öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Read More »

SON DƏQİQƏ: Ərdoğan rəsmən Kipr Türk Dövlətini elan etdi – “Kipr Türk Dövlətinin geniş şəkildə tanınması üçün fəaliyyətə başladıq”

“Kiprli qardaşlarımız onları aldadanların yalan və saxta vədlərinə inanmır. Kiprli türklərin tək tələbi suveren dövlət statusunun tanınmasıdır. Yunanıstan və kiprli yunanların verdikləri sözləri pozmalarından sonra, onları müdafiə edənlərin deyəcəkləri bir şey qalmayıb.” Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Kipr Türk Dövlətinin tanınması üçün fəaliyyətə başladıqlarını bildirib. “1963-cü ildən bu yana Kipr türklərinə qarşı haqsızlıq, hüquqsuzluq …

Read More »

Ermənistanla bitməyən məsələ:”Atəşkəsə o zaman tam riayət olunacaq ki…”

“Atəşkəs hər gün pozulur. Bunda qeyri-adi heç nə yoxdur. Çünki Ermənistanla məsələlərimiz hələ bitməyib”. Boyukmillet.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, qarşı tərəf guya müqavimət gücünün mövcud olduğunu bizə sübut etməyə çalışır: “Biz də bu təxribatlara kifayət qədər reaksiya veririk. Müharibədən əvvəl verdiyim müsahibələrdə Azərbaycanın atəşkəsə riayət etməsinin maraqlarımıza cavab vermədiyini bu …

Read More »

“Əliyev-Putin görüşündə saziş imzalanmayacaq” – Partiya sədri

“Əslində bu, ölkə başçısının Rusiyaya rəsmi səfəri deyil. Ona  görə də, zənnimcə, heç bir rəsmi müqavilə və ya saziş bağlanmayacaq, birgə bəyanat səsləndirilməyəcək”. Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli Prezident İlham Əliyevin Moskvaya səfərini şərh edərkən bildirib.  O qeyd edib ki, avropalı emissarların regiona səfəri və Ərdoğanın Azərbaycan müjdəsi ilə Şimali Kiprə yollanması rəsmi Moskvanı, ermənilərin Naxçıvanı, Şuşanı atəşə …

Read More »