Şənbə , 4 May 2024

Siyasət

Sabir Rüstəmxanlıdan referendum açıqlaması: “Dəqiq addımlar atılmalıdır“

Son günlər ictimai-siyasi düşərgədə Konstitusiya dəyişiklik edilməsi üçün referendum, eləcə də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi haqda fikirlər səslənir. Bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı musavat.com-a fikirlərini açıqlayıb.Azərbaycandakı ictimai-siyasi durumu dəyərləndirən millət vəkili son ilyarım ərzində siyasi münasibətlərdə ciddi dəyişikliklərin olduğunu önə çəkib:“Ötən il fevralın 9-da keçirilən parlament seçkilərindən sonra ölkəmizin ictimai-siyasi həyatında müsbətə doğru ciddi dəyişikliklər …

Read More »

Əliyevin ermənilərə “şərəfli gündəm” təyinatı, rus və fransız dostlarından görmədikləri , evlərində Ağrıdağın fotosuna həsrətli baxışları… Aydın QULİYEV yazdı…

Prezidentin Az.TV-yə ən yeni müsahibəsində diqqət çəkici məqamların sırasında daha biri üzərində ayrıca dayanmağa ehtiyac var – Biz Ermənistan dövlətinin gündəmini tam olmasa da, müəyyən edən ölkəyik. Fikrin maraq doğuran mahiyyəti odur ki, müasir beynəlxalq münasibətlərdə başqa dövlətlərin gündəmini təyin etmək, ya dəyişdirmək, ya ona əlavə etmək heç də bütün ölkələrə nəsib olmayan status və ya güc göstəricisidir. İndi çox …

Read More »

“Prezidentin bu sərəncamı Kəlbəcər və Laçında işləri sürətləndirəcək” – Aqil Məmmədov

Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10 milyon manat …

Read More »

Polad Bülbüloğlu: “Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”

“Qarabağın dağlıq hissəsi ayrıca ərazi vahidi kimi mövcud deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bu ölkənin “RİA Novosti” İnformasiya Agentliyinə müsahibəsində bildirib. “Bu il iyul ayının 7-də imzalanmış prezident fərmanı ilə Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni siyahısı təsdiq edilib. Bunlar arasında Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, …

Read More »

“Üç qardaş ölkə öz aralarında bütün fərqli fikirləri uzlaşdırmalıdır” – Bilal Dündar

Bu gün paytaxt Bakıda üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın parlament rəhbərləri bir araya gəldilər. Görüşdülər, danışdılar, sonda da Bakı Bəyannaməsini imzaladılar. Maraqlıdır, qanunverici orqan rəhbərlərinin indiki məqamda toplantı keçirib, bəyanat imzalamasının siyasi önəmi nədir? Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirir ki, bu gün Türkiyə, Pakistan və Azərbaycan, keçmişdə bir çox hallarda az və çox qəbul edilmiş …

Read More »

Gəncədə YAP və AKP nümayəndələri konfrans keçirir

Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilir. Boyukmillet.com xəbər verir ki, Heydər Aliyev Mərkəzində YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) arasında ikitərəfli əməkdaşlıq protokoluna müvafiq olaraq konfrans təşkil edilib. Konfransdan öncə umummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Qeyd edək ki, tədbirdən sonra AKP sədrinin I müavini Numan Kurtulmuşun və …

Read More »

Prezident Mustafa Şentopu qəbul edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi. Görüşdə Türkiyə …

Read More »

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb – FOTO

Boyukmillet.com xəbər verir ki, iyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkib, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirib. Azərbaycanda və onun tərkib …

Read More »

Azərbaycan Türkiyəyə yeni səfir təyin edib

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Boyukmillet.com-un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, bu postda dövlət başçısının iyulun 26-da imzaladığı sərəncamla Azərbaycanın Türkiyədəki səfiri vəzifəsindən geri çağırılan Xəzər İbrahimi əvəzləyib. Xatırladaq ki, R.Məmmədov 1973-cü il oktyabrın 31-də Gəncə şəhərində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində …

Read More »

Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəyə rəsmi səfəri çərçivəsində Serbiya xarici işlər naziri Nikola Selakoviçi qəbul edib. Boyukmillet.com xəbər verir ki, azərbaycanlı XİN başçısı ilə Nikola Selakoviç arasında təkbətək görüş keçirilir.

Read More »