Cümə , 3 May 2024

Sosial müdafiə

Ülvi Mehdiyev: “İndiyədək “YAŞAT” Fonduna 65 milyon manat ianə olunub”

“Bu günə qədər 40 şəhid ailə üzvü, 15 qazi “ASAN Xidmət”də işlə təmin olunub”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (Asan Xidmət) sədri Ülvi Mehdiyev “YAŞAT” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. Ü.Mehdiyev qeyd edib ki, 4 700 nəfərdən çox şəhid və qazi ailəsinə “Asan Xidmət”də növbədənkənar, imtiyazlarla …

Read More »

Füzuli və Cəbrayılda minaya düşən şəxslərə əlillik veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Daxil Qoşunların hərbi həkim-ekspertləri erməni terroru nəticəsində xəsarət almış iki hərbçi və bir mülki şəxsi ziyarət ediblər. Nazirlikdən verilən məlumata görə, hər üç şəxs – ötən ay hərbi xidmət vəzifələrini yerinə yetirərkən Füzuli rayonunda minaya düşən hərbi qulluqçular Sarib Məmmədzadə, Murad …

Read More »

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

“Gələn il əməkhaqqı orta hesabla 40-50 faiz, pensiyaların həcmində orta hesabla 40-45 manat artım olacaq”. Boyukmillet.com-un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siaysət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, 2022-ci ildə təqaüdlərin və sosial müavinətlərin bəzilərinin həcmində iki dəfəyə yaxın artımlar olacaq və ona görə də bahalaşma fonunda sosial rifahını qoruyan addımlar da atılmalıdır: “Milli Məclisdə …

Read More »

Ümumiyətlə QHT-lər, mətbuat, ictimai fəallar, hara baxırlar?

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında imkansız bir ailənin maddi vəziyyəti ilə bağlı paylaşım edib. Həmin paylaşımı sizlərə təqdim edirik. Bu gün axşam üstü həyətdə hay-küy eşitdim. Çıxanda gördüm ki, çox uşaqlı, ailə başçısı olmayan bir ailənin işığını kəsiblər. Əlaçsız ana ora-bura vurnuxur, işıq idarəsinin işçisinə yalvarırdı. Deyirdi ki, “Vallah imkanımız yoxdur, çörəyi zornan alırıq. Qaranlıqda necə oturaq? Bizə …

Read More »

Şəhid ailələrinə verilən maddi yardımın 20 min manatadək hissəsinin vergidən azad edilməsi təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com -un xəbərinə görə, dəyişikliklə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaq. Vergi Məcəlləsinə təklif edilən digər dəyişikliklə isə Vətən müharibəsində …

Read More »

Vətən müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya gedib

Vətən müharibəsi dövründə pensiyasını orduya bağışlayan Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub. Boyukmillet.com xəbər verir ki, o, 70 yaşını Azərbaycanın qədim mədəniyyət paytaxtında qeyd edib. Xatırladaq ki, sosial şəbəkələrdə Hikmət baba kimi məşhurlaşan Hikmət Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. O, Vətən müharibəsi dövründə bir aylıq pensiyasını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi. H.Musayevin bu davranışı cəmiyyətdə rəğbətlə qarşılanmışdı.

Read More »

Naxçıvan əhalisinin sayı 462,7 min nəfəri ötüb

2021-ci ilin 1 oktyabrına olan məlumata görə Naxçıvan Muxtar Respublikası əhalisinin sayı bir il öncəyə nisbətdə 1 306 nəfər artarıb. “Report” bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, hazırda muxtar respublika əhalisinin sayı 462 min 716 nəfərdir.

Read More »

Nazir müavini: “Azad edilən ərazilərdə DOST filiallarının yaradılması istiqamətində işlərə başlanılıb”

“Azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, azad edilən ərazilərdə ilk növbədə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması təmin ediləcək: “DOST …

Read More »

Gənclər Təşkilatı qazilərə psixoloji dəstək aksiyaları keçirib

Maarifçi Gənclər Təşkilatı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağdam və Bərdə şəhərlərində qazilərə psixoloji dəstək aksiyaları keçirib. Boyukmillet.com xəbər verir ki, Ağdamda tədbir rayonun işğaldan azad olunmasının birinci ildönümü münasibətilə təşkil edilib. Təşkilatın sədri Mərziyyə Aslan deyib ki, aksiya zamanı Vətən müharibəsində iştirak etmiş 20 nəfər qaziyə psixoloji və sosial yardım göstərilib. Bərdə şəhərində isə 20 qazi psixoloji dəstək …

Read More »

Noyabrın 16-da sərhəddə şəhid olan hərbçilərin ailə üzvlərinə sosial ödənişlər təyin edilib

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub. Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyinin əməkdaşları şəhidlərimiz – leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik …

Read More »