Cümə axşamı , 25 Aprel 2024
Drone Cameras

Nazir müavini: “Azad edilən ərazilərdə DOST filiallarının yaradılması istiqamətində işlərə başlanılıb”

“Azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi” konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, azad edilən ərazilərdə ilk növbədə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması təmin ediləcək: “DOST filiallarının Qarabağda yaradılması ümdə məsələlərdəndir. Bu istiqamətdə işlərə başlanılıb. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi, kiçik bizneslərin yaradılması üçün layihələr həyata keçiriləcək”.

Check Also

İmişlidə əmək yarmarkası keçiriləcək 

Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filalının dəstəyi ilə sabah İmişli rayonunda əmək yarmarkası keçiriləcək. …