Çərşənbə , 29 May 2024

Sosial müdafiə

Yaxın iki ayda 500 şəhid ailəsi və qazi evlə təmin olunacaq

“Yaxın iki ayda 500 nəfər şəhid ailəsi və qazi fərdi ev və mənzillə təmin olunacaq”. Boyukmillet.com  xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov deyib. O bildirib ki, ümumilikdə bu il 1500 şəhid ailəsi və qazinin mənzil və fərdi evlərlə təmin olunması nəzərdə tutulub: “Həmin şəxslərdən artıq 600 nəfərə ev və mənzillər təqdim olunub. Yaxın iki …

Read More »

Dövlət Komitəsi Ağalı kəndinə köçürülən sakinlərin sayını açıqlayıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən inşa edilmiş Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən bu mərhələ üzrə növbəti, dördüncü köç karvanı yola salınıb. Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz …

Read More »

Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İyulun 25-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən dördüncü köç karvanı yola salınıb. Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə – 58 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən müvəqqəti məskunlaşma …

Read More »

“YAŞAT” fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi Vətənə qayıdıb

“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir Vətən müharibəsi qazisi evinə qayıdıb. Boyukmillet.com xəbər verir ki, qazimiz xərəkdə yola salındığı Türkiyədən evinə ayaqları üstündə qayıdıb. “Müalicəyə yola salınanda ağrılarına, vəziyyətinin ağırlığına baxmadan yalnız gülümsəyirdi. Bu gülümsəmənin ardında möhkəm iradə, böyük inam və ümidlər var idi. Budur, Nurlan Tağıyev xərəkdə yola salındığı Türkiyədən vətənə ayaqları üstündə qayıdıb”, – …

Read More »

Psixoloq: “Qazilərə və onların ailə üzvlərinə psixoloji yardım göstərilməlidir”

“Müharibədən sonra iştirakçıların və qazilərin cəmiyyətə adaptasiyası olduqca vacibdir”. Bunu “Report”a açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev deyib. O bildirib ki, müharibədə olan hadisələr qazilərdə müəyyən psixoloji problemlərə səbəb olur: “Xüsusən də, onların müharibədən 1 ay, 6 ay müddət keçdikdən sonra aldıqları travmalar posttravmatik stress formasında özünü göstərməyə başlayır. Buna görə də müharibədə iştirak etmiş hər …

Read More »

Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

Bu gündən əhalinin ilk qrupunun Zəngilanın Ağalı kəndinə köçürülməsinə başlanılır. Boyukmillet.com xəbər verir ki, proses 4 mərhələdə həyata keçiriləcək. Prosesin birinci mərhələsində 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onlar arasında ortayaşlı sakinlər üstünlük təşkil edir. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq. Kənddə reallaşdırılan layihənin icrası – yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri …

Read More »

Heydər Əliyev Fondu şəhid ailələrinə Qurban bayramı münasibətilə sovqatlar göndərib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətiə Vətən müharibəsi şəhidlərinin ailələrinə bayram sovqatları çatdırılıb. Boyukmillet.com xəbər verir ki, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri və könüllüləri bayram günü şəhidlərimizin ailələrinə baş çəkiblər. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qurban bayramı münasibətilə təbrikləri çatdırılıb, qurban payları təqdim olunub.

Read More »

Azərbaycanda məişət zorakılığı törədənlər cinayət məsuliyyəti daşıyacaq

“Azərbaycanda məişət zorakılığının qarşısının alınması ilə bağlı müvafiq qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər layihəsi hazırlanıb. Bununla bağlı Cinayət, Mülki, İnzibati Xətalar məcəllələrinin bəzi bəndlərinə dəyişikliklər ediləcək”. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dəyişikliklərlə məişət zorakılığına cinayət nöqteyi-nəzərdən diqqət yetirilib: “Çünki bəzən məişət zorakılığına adi …

Read More »

“YAŞAT” fondunun Türkiyəyə müalicəyə göndərdiyi qazi 14 ay sonra evinə qayıdıb

“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir vətən müharibəsi qazisi evinə qayıdıb. Boyukmillet.com xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəındindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Emil Qocayev şəhərin girişində ictimaiyyət nümayəndələri, qazilər, dostları və qohumları tərəfindən qarşılanıb. Daha sonra avtomobil karvanı ilə Şəhidlər Xiyabanına gələrək Vətənin ərazi bütövlüyü ugrunda canlarından keçib, qəhrəmancasına …

Read More »

Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

Prezident İlham Əliyev “Sosial müavinətlər haqqında” qanununda dəyişiklik edilməsi qanunu imzalayıb. Boyukmillet.com xəbər verir ki, sənədə əsasən, ölkədə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq. Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq …

Read More »