Bazar , 19 May 2024

Sosial müdafiə

Ombudsmanın nümayəndələri sosial xidmət müəssisəsində nöqsanlar aşkarlayıb

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə baş çəkiblər. Başçəkmə zamanı müəssisənin bütün ərazisinə, o cümlədən yataqxanaya, mətbəxə, yeməkxanaya, reabilitasiya və tibb otaqlarına baxış keçirilib, sosial xidmətin təşkili ilə bağlı mövcud vəziyyət araşdırılıb. Rəftar məsələlərinin öyrənilməsi məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları, …

Read More »

Azərbaycanda doğulan uşaqlar üçün müavinət verilməsi qaydası asanlaşdırılıb

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, 2020-ci ilin dekabrın 31-dən sonra doğulmuş uşaqlar üçün müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq və veriləcək. 2021-ci ilin yanvarın 1-dən əvvəl doğulmuş uşaqlar üçün …

Read More »

Nazirlik I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birinci Qarabağ müharibəsi əlilləri birdəfəlik ödənişlərin verilməsi ilə bağlı məlumat yayıb. Nazirlikdən  verilən məlumata görə, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı uğurla davam edir. Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək – 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri …

Read More »

Qarabağ iqtisadi rayonu üzrə prioritet peşə və ixtisaslar müəyyən edilib

Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək. Həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb. Araşdırma zamanı 40 …

Read More »

I Qarabağ müharibəsi qazisi: “Birdəfəlik ödənişi qızlarımın ehtiyaclarına xərcləyəcəm”

“İkinci dərəcə əlilliyə görə 6 600 manat birdəfəlik ödənişi almışam. Bununla bağlı mənə SMS göndərilib. Vəsait artıq kart hesabımdadır. Həmin pulu qızlarımın müəyyən ehtiyacları üçün istifadə edəcəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Birinci Qarabağ müharibəsi qazisi, ikinci dərcəli əlil Niyazi Quliyev deyib. O bildirib ki, 1991-ci il noyabrında ordu sıralarına yazılıb və “N” saylı hərbi hissədə xidmət edib: “Elə …

Read More »

Dövlət Komitəsi: “Ağalıya daha 727 sakinin köçürülməsi nəzərdə tutulur”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Dövlət Komitəsindən  verilən məlumata görə, sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar. Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı …

Read More »

Nazir: “Müharibədə əlil olmuş, sonradan sağalmış şəxslərə də birdəfəlik ödəniş verilir”

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi mexanizmi humanist yanaşma, ödənişlə təminat proqramının əhatə dairəsinin daha geniş olması prinsipləri əsasında hazırlanıb. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazir deyib ki, birdəfəlik ödəmə təkcə hazırda müharibə əlili statusunda olanlara deyil, həm də vaxtilə Birinci Qarabağ müharibəsi ilə bağlı əlilliyi olmuş, lakin sonradan sağalmış, …

Read More »

Əlillik dərəcəsi dəyişdirilmiş I Qarabağ müharibəsi iştirakçılarına ödənişin hansı qaydada veriləcəyi məlum olub

“Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib”. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib. O, vaxtilə bir neçə dəfə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini …

Read More »

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb

Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı baza hazırlanıb. Boyukmillet.com-un xəbərinə görə, bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev ötən il dekabrın 23-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) …

Read More »

Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb

1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd …

Read More »