Bazar , 19 May 2024

Sosial müdafiə

Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı üçün uçota alınması dövrü daha 3 il uzadılıb

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Sərəncamındakı dəyişiklik həmin şəxslərin mənzil və ya fərdi evlə təminatı üçün onların uçota alınma dövrünün daha 3 il uzadılmasını nəzərdə tutur. Boyukmillet.com  xəbər verir ki, …

Read More »

Qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair qanun təsdiqlənib

Prezident İlham Əliyev qadın əməyinin qadağan olunduğu peşələrin sayının azaldılmasına dair Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək. Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər …

Read More »

Sentyabr şəhidinin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb

Vətən müharibəsinin qəhrəman hərbçilərindən biri, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri …

Read More »

Bu il qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-sentyabr aylarında 45 321 nikaha daxilolma və 11 819 boşanma halları qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, əhalinin hər 1000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.

Read More »

Türkiyənin ailə sistemi ilə bağlı təcrübəsi Azərbaycanda da tətbiq olunacaq

Türkiyənin “Qoruyucu ailə sistemi” Azərbaycanda da tətbiq olunacaq. Bu barədə “Boyukmillet.com” Türkiyə mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, Türkiyədə qoruyucu ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı ötən ildən başlanmış işlər çərçivəsində bu ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən azərbaycanlı mütəxəssislərə təlim keçirilib. Nazirlikdən verilən məlumata görə, Azərbaycanın müraciəti əsasında Türkiyədə qoruyucu ailə xidməti modelinin ölkəmizdə də tətbiqi istiqamətində əməkdaşlıq davam …

Read More »

YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir

Müharibə əlili Əliş Nəbiyevin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb. Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada videoçarx – https://we.tl/t-SmlhanLY0T “Youtube” video – https://youtu.be/vNsLYvCu5Q8

Read More »

Leyla Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub. Boyukmillet.com xəbər verir ki, ötən ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin və şəhid ailələri üzvlərinin, …

Read More »

Azərbaycanda tələbələrin təqaüdləri artırılacaq

Gələn ildən Azərbaycanda tələbələrin təqaüdləri orta hesabla 20 % artırılacaq. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclaslarında səsləndirilən təkliflərə cavabında deyib. O, müharibə veteranlarına verilən müavinətlərin indeksləşdirilməsi və ya …

Read More »

Bu il Azərbaycanda 46 500 şəxsə əlillik təyin edilib

Bu il Azərbaycanda 46 500 şəxsə əlillik təyin edilib. Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib. Onun sözlərinə görə, son 9 ay ərzində ümumilikdə 46 500 şəxsə əlillik təyin edilib: “Onlardan 15 mindən çoxu ilkin, 31 mindən çoxu isə təkrar əlillik alanlardır”.

Read More »

Azərbaycanda pensiya ilə bağlı sığorta stajı daha 3 il uzadılır

Azərbaycanda pensiya ilə bağlı sığorta stajının müddəti daha 3 il uzadılır. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir. Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə (kapital məbləğindən asılı olmayaraq) pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə …

Read More »