Bazar , 19 May 2024

Sosial müdafiə

Prezidentin sərəncamı ilə 150 min tələbə və doktorantların təqaüdləri artırılıb

Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 150 min tələbə və doktorantların təqaüdləri artırılıb. Boyukmillet.com xəbər verir ki, bunu əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir. Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial …

Read More »

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinətin məbləğləri müəyyənləşib

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərə verilən sosial müavinətin məbləğləri müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sosial müavinətlərin məbləğinin artırılması və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanında əksini tapıb. Fərmanla orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 …

Read More »

18 yaşınadək əlillərə qulluq edən şəxslərə verilən Prezident təqaüdü 100 manat müəyyən edilib

Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 (bir yüz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Read More »

Böyük Vətən müharibəsi iştirakçılarına verilən Prezident təqaüdünün aylıq məbləği artırılıb

1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 330 (üç yüz otuz) manat müəyyən edilib. Boyukmillet.com xəbər verir ki,bununla bağlı Prezident İlham Əliyev …

Read More »

Sahil Babayev yeni sosial islahat proqramından danışıb

“Sərəncamla minimum əməkhaqqı bu ilin əvvəlindən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb, minimum pensiyanın da 40 manat artımla 240 manatdan 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim edilməsi tapşırılıb”. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, builki …

Read More »

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır

Azərbaycanda ünvanlı sosial yardımın məbləği 36 faiz artır. Boyukmillet.com xəbər verir ki, 2023-cü il üçün ehtiyac meyarının həddi ötən ilə nisbətən 23 faiz artırılmaqla 246 manat müəyyən olunub ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. Ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə arada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac …

Read More »

Pensiyanın artırılması nəticəsində pensiya kapitalının minimum məbləği də artır

Minimum pensiya məbləğinin 240 manatdan 280 manata çatdırılmasının pensiya kapitalının minimum məbləğinə də təsiri olacaq. Bunu “Report”un sualını cavablandıran əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. Məlumat üçün bildirək ki, əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə …

Read More »

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil təqdim edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report” nazirlikdən məlumat verilib. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını vurğulayıb. O, tarixi Zəfərimizlə başa çatan 44 …

Read More »

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib

I Qarabağ müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş 16,7 minədək şəxs üzrə birdəfəlik ödəmə verilib. Bu barədə  Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyindən bildirilib. Məlumatda bildirilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı davam edir. Bu il avqustun əvvəlindən başlanan proqram üzrə qeyd olunan kateqoriyaya …

Read More »