Bazar , 19 May 2024

Sosial müdafiə

Dövlət Komitəsinin sədr müavini: “Televiziyaya zəng vurub biabırçılığı dayandırmağı tələb etdim”

“Bu gün televiziyalardakı sosial verilişlərdə insanların şəxsi həyatları açıq-aşkar efirə verilir”. Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib. O bildirib ki, bəzi televiziyalarda yayımlanan verilişlərdə hadisənin qarşısını almaq əvəzinə problem reytinq xətrinə və kanalın özünə sərf edən formada təqdim olunur. S.Qəhrəmanova bu yaxınlarda belə hadisəyə görə televiziyalardan birində yayımlanan …

Read More »

461 hərbçi yeni mənzillərlə təmin olunub

Martın 16-da Azərbaycan Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Komissiyanın növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, komissiya qarşısında qoyulan vəzifələrin icra vəziyyəti barədə danışan sədr, maliyyə naziri Samir Şərifov bildirib ki, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesi uğurla davam edir, …

Read More »

Yaxın günlərdə milli su strategiyası ilə bağlı sənəd Prezidentə təqdim olunacaq

“Azərbaycanda sudan inteqrasiyalı idarəetməni mərhələlər üzrə həyata keçirmək üçün milli su strategiyasının layihəsi hazırlanıb. Sənəd üzərində işin yaxın zamanlarda sona çatdırılaraq dövlət başçısına təqdim edilməsi nəzərdə tutulur”. Boyukmillet.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, qısa, orta və uzun illik planlaşma dövründə müasir, mütərəqqi idarəetmə prinsipinə əsaslanan su idarəsini təmin etmək …

Read More »

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam etdirilir.

Vətən müharibəsinə könüllü yollanan, Suqovuşanda şəhidlik zirvəsinə ucalan, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan Elnur Şirinzadənin ailəsinin məişət şəraiti və tibb xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz. “Youtube” – https://youtu.be/1Bc-DxHkE-U Televiziyalarda yayımlanması üçün yüksək keyfiyyətli formada link – …

Read More »

Naxçıvanda məhdud fiziki imkanlı qadınlarla bayram görüşləri keçirilib

8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 20 məhdud görmə qabiliyyətli və 1 çoxuşaqlı qadının evində əlamətdar gün münasibətilə görüşlər keçirilib. Boyukmillet.com xəbər verir ki, görüşlərdə ölkəmizdə sağlamlıq imanları məhdud şəxslərin sosial müdafiəsi, sağlamlıqlarının qorunması istiqamətində görülən işlərdən söhbət açılıb. Vurğulanıb ki, …

Read More »

Ombudsman: “Əlilliyin qiymətləndirilməsi ilə bağlı süründürməçiliyin qarşısı alınmalıdır”

Azərbaycanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı yol verilən süründürməçiliyin qarşısı alınmalıdır. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə əillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı süründürməçiliyin qarşısının alınması və obyektivliyin təmin edilməsi məqsədilə tibbi-sosial …

Read More »

Azərbaycan və Monteneqro arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

Azərbaycan və Monteneqro arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığa dair sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, sənəddə əmək, məşğulluq, sosial müdafiə, həssas əhali qrupları üçün sosial xidmətlər, əlillik, reabilitasiya sahələrində gələcək əməkdaşlıq istiqamətləri əhatə olunub. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizə səfərə gəlmiş Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə …

Read More »

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda psixoloji reablitasiya tədbiri keçirilib 

Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərərçəkən və Azərbaycana təxliyə olunan şəxslər üçün Bakıda “Birlikdən doğan güc” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Peşəkar Psixologiya Mərkəzi və Müasir Psixologiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi zəlzələdən zərərçəkmiş, psixoloji travma almış insanlara dəstək göstərmək olub. Tədbirdə zəlzələdən sonra ölkəmizə təxliyə olunan Azərbaycan və Türkiyə vətəndaşları iştirak ediblər. Peşəkar Psixologiya Mərkəzinin …

Read More »

Rusiya hökuməti Azərbaycanla pensiya sahəsində əməkdaşlıq barədə sazişi Dumaya təqdim edib

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb. Boyukmillet.com xəbər verir ki, saziş ratifikasiya üçün Dumaya göndərilib. Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb. Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları …

Read More »