Bazar , 19 May 2024
Drone Cameras

Hande Harmancı: “Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır”

“Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır. Qida təhlükəsiz və keyfiyyətli olmalıdır. Çünki təhlükəli qida milyonlarla insanın sağlamlığına təsir edir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

ÜST rəsmisi bildirib ki, innovasiyalara uyğunlaşma təmin edilməlidir: “İnnovasiya və təhlükəsizlik arasındakı əlaqə düzgün qurulmalıdır. Vahid səhiyyə sağlamlıq konsepsiyası ərsəyə gətirilməlidir. İşimiz sadəcə qanunvericiliyin qəbulu ilə kifayətlənmir. Qida təhlükəsizliyi sahəsində davamlı və dayanıqlı tədbirləri həyata keçirməliyik”.

Check Also

Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat …