İşğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndində isə “Ağıllı kənd” layihəsi çərçivəsində bu il “Smart DOST” xidmət məntəqəsi fəaliyyətə başlayacaq. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, DOST Agentliyinin “Şərqi Zəngəzur və Qarabağ” Proqramı çərçivəsində Şuşa şəhərində xüsusi statusa malik Şuşa DOST filialı da açılacaq: “Ümumən DOST şəbəkəsinin bölgələr üzrə genişlənməsi …
Read More »I Qarabağ müharibəsi əlillərinə ödənişlərlə bağlı sənədlərin elektronlaşması iyunadək başa çatacaq
I Qarabağ müharibəsi əlillərinə ödənişlərin verilməsi ilə bağlı hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə dəqiq siyahıyaalma istiqamətində iş gedir. Bunu “Report”un sualına cavab olaraq əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində müvafiq uçot, elektronlaşma və digər sənədlər ya olmayıb, ya da çox məhdud sayda olub: “Ona görə də bu sahədə …
Read More »Vətən müharibəsində yaralanan 2 659 hərbi qulluqçuya əlillik təyin edilib
Vətən müharibəsində yaralanmış 2659 hərbi qulluqçuya əlillik və 5300-dən çox sosial ödənişlər təyin edilib. Boyukmillet.com ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir. Həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub. Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq …
Read More »Əmək Məcəlləsində Vətən müharibəsi veteranlarına güzəştlərin edilməsi üçün dəyişikliklər hazırlanıb
Əmək Məcəlləsində Vətən müharibəsi veteranlarına müəyyən güzəştlərin edilməsi üçün dəyişikliklər təklif edilib. Boyukmillet.com xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib. Onun sözlərinə görə, Məcəllədə qazilər üçün bəzi imtiyazların edilməsi nəzərdə tutulur: “İşəgötürənlər ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslərin seçimi zamanı müharibə iştirakçılarına üstünlük verməlidir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən …
Read More »Pensiyaçılara veriləcək 200 manatın nə vaxt ödəniləcəyi açıqlanıb
“Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək”. Boyukmillet.comxəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. O bildirib ki, həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək: “İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə …
Read More »Pensiyaçılara 200 manat ödənilməsi ilə bağlı sərəncam 1,1 milyon nəfərə şamil olunacaq
Prezident İlham Əliyevin “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli Sərəncamı dövlət başçısının pensiyaçılara növbəti qayğısı olmaqla, COVİD-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir. Yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta …
Read More »Vətən müharibəsi iştirakçılarına veteran adının və Prezident təqaüdünün təyinatına başlanılıb
Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı və Prezident təqaüdünün təyinatına başlanıb. Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanılıb. İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək …
Read More »Ombudsman Aparatı Masallıda məktəbli qızın nikaha cəlb olunması faktını nəzarətə götürüb
Azərbaycanın Ombudsman Aparatı Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com ki, təmsil etdiyi qurum tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı yayılan məlumat araşdırılıb. Bildirilib ki, Ombudsman Aparatı tərəfindən Masallı rayonunun Təzə Alvadı kəndində azyaşlı qızın nikaha cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələri …
Read More »“Əlillik əngəl deyil” mövzusunda konfrans keçirilib
Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib. Boyukmillet.com xəbər verir ki, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Diaspor TV-də haqqında sənədli film hazırlanan və İstanbulda yaşayan diaspor fəalı, hər …
Read More »İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb
İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklə işsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb. Dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 36 aydan …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
