Bu ilin avqust ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min nəfərdən çox olub. Boyukmillet.com xəbər verir ki, onların 109,7 min nəfəri yaşa, 14,6 min nəfəri əlilliyə, 20,7 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.
Read More »Qərbi Azərbaycan İcmasında “yaşıl dünya”da qadınların təhsili mövzusunda konfrans keçirilib
Qərbi Azərbaycan İcmasında “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, konfransda İrəvan Qızlar Gimnaziyasının yaradılmasından 140 il ötməsi məsələsinə toxunularaq təhsildə qadınların rolu haqqında ətraflı söhbətlər aparılıb. Ardınca Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadınların və uşaqların təhsilinin cəmiyyətin ən önəmli məsələlərindən olduğunu qeyd edib. Tədbirdə “Qərbi Azərbaycanda milli …
Read More »Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir
2024-cü il iyulun 1-nə görə, Azərbaycanda 397 min 420 nəfərə Prezident təqaüdü verilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda qeyd olunub ki, 253 nəfər “Xalq” fəxri adına görə, 4 560 nəfər isə “Əməkdar” fəxri adına görə təqaüd alır. Bundan başqa, 333 nəfərə fərdi təqaüd verilir. Bildirilib ki, şəhid ailəsi olduğu üçün təqaüd alanların sayı 18 493 nəfərdir. Komitənin məlumatına görə, “Vətən Müharibəsi Qəhrəmanı” adı …
Read More »Naxçıvan Regional DOST Mərkəzi ilin sonunda açılacaq
Naxçıvan Regional DOST Mərkəzinin inşası artıq yekunlaşır və cari ilin sonunadək Mərkəzin açılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkədə ardıcıl sosial islahatların aparıldığını, DOST mərkəzlərinin yaradılmasının bu islahatların mühüm uğurlarından olduğunu bildirib. Qeyd …
Read More »Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. …
Read More »Jurnalistlər hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinə prosesi ilə tanış olublar
Media nümayəndələrinin müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi ilə tanışlığı məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi Qiymətləndirmə Mərkəzinə mediatur təşkil olunub. Boyukmillet.com xəbər verir ki, jurnalistlər müasir tibbi avadanlıqlarla təchiz olunmuş mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Bildirilib ki, mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriyadan olan çağırışçıların …
Read More »Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verib. Boyukmillet.com xəbər verir ki, onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan …
Read More »UNICEF nümayəndəsi: Zərərçəkən uşaqlar mühafizə orderləri ilə təmin edilməlidir
Zərərçəkən uşaqlar keyfiyyətli ədliyyə, sosial reabilitasiya xidməti və mühafizə orderləri ilə təmin edilməlidir. Boyukmillet.com xəbər verir ki, bunu UNICEF-in Azərbaycan Nümayəndəliyinin Uşaq müdafiəsi proqramının rəhbəri Vüqar Salmanov iyunun 11-də Bakıda keçirilən BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsində deyib. Onun sözlərinə görə, hazırda uşaqların xüsusi müəssisələrə düşməsinin qarşısının alınması …
Read More »Nazir müavini: Ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır
Bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürənlərin sayı 4 650-ə yaxındır. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir: “Bu gün kvota iş yerlərində 25 minə şəxsin məşğulluğu təmin olunub. Təklif olunan …
Read More »Son altı ildə 131 mindən çox şəxs haqqı ödənilən müvəqqəti məşğulluqla təmin edilib
Son altı il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub. Boyukmillet.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev parlamentdə iyunun 3-də “Məşğulluq haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib. Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluqla təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
