“Bakı Ekspo Mərkəzi”ndə təşkil olunan “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinin ikinci gününü “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev açaraq iştirakçılara uğurlar arzulayıb. Keyslər üzərində iş formatında keçirilən yarımfinalın ikinci günündə iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirakçılar üçün “Azərbaycan iqtisadiyyatının inkişafı və şaxələndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Nazir çıxışında ölkə iqtisadiyyatı üzrə əsas iqtisadi göstəricilər, milli …
Read More »Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlanıb
Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzləşdirilmiş şəkildə keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Boyukmillet.com xəbər verir ki, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər. Minimum 30 faiz nəticə göstərən şagirdlər seçim mərhələsinə buraxılıb. Seçim mərhələsində iştirak hüququ qazanmış şagirdlər iyulun 5-i saat 17:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçim etdikdən sonra …
Read More »Təhsil Nazirliyi məzun günü ilə bağlı qərar veri
Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrində məzun gününün keçirilməsinə münasibət bildirib. Nazirlikdən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrindən məzun gününün keçirilməsinə razılıq verilməsi ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Qeyd olunub ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və …
Read More »BSU-nun rektoru vəzifəsini kim icra edir?
Ötən gün Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsindən azad edilən professor Nurlana Əliyeva kollektivlə vidalaşıb. “Report”un məlumatına görə, rektorun səlahiyyətlərini icra edən şəxs isə hələlik müəyyən edilməyib. Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 22-də imzaladığı sərəncamla N.Əliyeva BSU-nun rektoru vəzifəsindən azad edilib. O, 2016-cı ildən bu vəzifədə işləyirdi.
Read More »ADA Universitetində ənənəvi beynəlxalq festivala start verilib
ADA Universitetində 32 ölkənin səfirinin iştirakı ilə ənənəvi beynəlxalq festivala start verilib. Boyukmillet.com “Report”-a istinadən xəbər verir ki, məqsəd hər bir ölkə, onun mədəni xüsusiyyətləri, həmçinin tələbələrin bu ölkələrin ali təhsil müəssisələrində təhsili haqqında informasiya təqdim etməkdir. Festivalın ilk günündə Türkiyə, Almaniya, Əfqanıstan, Argentina, İndoneziya, Rusiya, Türkmənistan, Çili, İordaniya, Litva və Səudiyyə Ərəbistanı səfirliklərinin nümayəndələri iştirak ediblər. ADA Universitetinin prorektoru Fariz …
Read More »QƏRAR VERİLDİ: Bakıda 2 məktəb söküləcək
2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib. İdarədən verilən məlumata görə, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub. Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan arazilərdə 4 yeni …
Read More »“Yay məktəbi”nin təşkili dərs ilinin uzadılması deyil”
Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Yay məktəbi”nin əhəmiyyətindən danışıb. boyukmillet.com xəbər verir ki, nazir bu layihənin təşkilindəki məqsədin uşaqları yormaq və məcburiyyət olmadığını bildirib. O, layihənin könüllü olduğunu qeyd edib: “Bu, dərs ilinin uzadılması deyil. Çalışırıq ki, uşaqları evdən çıxarıb məktəbdə bir arada maraqlı məzmunla təmin edək. İki həftəlik olsa da, 10 günlük dərs müddətidir. Sual olunur ki, on gün ərzində nə öyrəniləcək? …
Read More »Azərbaycanın tanınmış akademiki vəfat edib
Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Oveys oğlu Qacar vəfat edib. “Report” xəbər verir ki, alim 92 yaşında dünyasını dəyişib. Mərhum bu gün II Fəxri Xiyabanda torpağa tapşırılacaq. Allah rəhmət eləsin! Qeyd edək ki, Çingiz Oveys oğlu Qacar 1929-cu il iyunun 6-da Bakı şəhərində anadan olub. O, 1953-cü ildə Leninqrad Politexnik Universitetinin …
Read More »Bakıda çalışan müəllimlərin maaşı açıqlanıb
2020-2021-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 702 manat təşkil edir. Qeyd edək ki, cari dərs ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 456 076 şagirdin təlim-tərbiyəsi ilə 28 167 müəllim məşğul olur.
Read More »135 mindən çox təhsil işçisi peyvənd olunub
Azərbaycanda vaksinasiya prosesi başladığı vaxtdan indiyədək ümumtəhsil müəssisələrində çalışan 135 279 (61%) işçi heyəti birinci doza peyvəndlənmədə iştirak edib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib. Yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəricilərinə gəlincə, 18-29 yaş arası heyətin 40%-i, 30-39 yaş arası heyətin 53%-i, 40-49 yaş arası heyətin 64%-i, 50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər. “Peyvəndlənmədə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar