Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib. O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib. Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın …
Read More »Zakir Həsənov Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istəyən ölkələrə xəbərdarlıq edib
“Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib. Onun sözlərinə görə, müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı: “Xüsusilə bölgədəki terrorizm …
Read More »İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-ın girov götürdüyü şəxslərin fotoları yerləşdirilib
İsrailin Azərbaycandakı səfirliyinin binasının divarlarına HƏMAS-İsrail müharibəsi nəticəsində girov götürülən israillilərin fotolarını yerləşdirib. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfirinin müavini Yoav Bistritsky “X” hesabında yazıb. “Səfirliyimizin divarları hekayə danışır. Biz hər bir uşaq və böyüklərin qəddar əsirlikdən qurtulmasından məmnunuq, lakin çoxları hələ də Qəzzadadır. HƏMAS yaraqlıları günahsız insanları qətlə yetirir və qaçırır”, – diplomat bildirib. Qeyd edək ki, …
Read More »Azərbaycan və Özbəkistanın vətəndaş cəmiyyətləri iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıblar
Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökümət təşkilatlarının Əməkdaşlıq Forumunda hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıblar. Boyukmillet.com xəbər verir ki, müraciəti Davam Gənclər Hərəkatının sədri Nihad Allahyarlı səsləndirib. Müraciətdə deyilir: “Biz – Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident …
Read More »Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Boyukmillet.com xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir. Y.Gülər artıq Bakıdadır. Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf prespektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər. …
Read More »Azərbaycan XİN Bosniya və Herseqovinanı Milli Gün münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Herseqovinanı Milli Gün münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında yazılıb. “Dost Bosniya və Herseqovina xalqını və hökumətini Dövlətçilik Günü münasibətilə təbrik edirik. Milli bayramınız mübarək!!”, – XİN-in təbrikində qeyd olunub.
Read More »Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib
Azərbaycan Ukraynaya minatəmizləmə maşını verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında yazıb. Səfir bildirib ki, Azərbaycan bu ilin iyununda Londonda keçirilən Ukraynanın Bərpası Konfransında vəd etdiyi humanitar minatəmizləmə maşınını Ukraynaya bağışlayıb. Diplomat onu da əlavə edib ki, “İmprotex Industries” istehsalçı şirkətinin mütəxəssisləri onun istismarı ilə bağlı ukraynalı mütəxəssislərə təlimlərə başlayıblar.
Read More »Qərbi Azərbaycan İcması Paşinyana cavab verib
Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd etmişdir. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması Ermənistanın Baş Naziri Nikol Paşinyana cavabında bildirib. “N. Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirmişdir. Qarabağda ermənilərinin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın …
Read More »SPECA-nın Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizlə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki …
Read More »XİN-də Körfəz Əməkdaşlıq Şurası ilə münasibətlərin perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, KƏŞ-in bir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar