Çərşənbə , 18 Mart 2026

Xarici siyasət

XİN: “Azərbaycanın fəaliyyəti daxili qanunlara, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanır”

“Azərbaycanın fəaliyyəti həmişə daxili qanunlara, o cümlədən BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına əsaslanıb”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, 2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və kütləvi etnik təmizləmə nəticəsində yaranan azadlıq müharibəsi idi. “28 il ərzində Ermənistan danışıqlardan …

Read More »

Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, məlumatı “Resmi Gazeta” yayıb. Sənəd 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanıb. Saziş 12 maddədən ibarətdir. Sənədi Türkiyə hökuməti adından həmin dövrdə energetika və təbii sərvətlər naziri olan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb. Saziş …

Read More »

Ukrayna səfiri Azərbaycana reabilitasiya üçün gətirilən uşaqlarla bağlı paylaşım edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycana gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, diplomat feysbukda yazıb: “Artıq ikinci ildir ki, biz azərbaycanlı dostlarımızla birlikdə Rusiya Federasiyasının Ukraynaya silahlı təcavüzü nəticəsində zərər çəkmiş ukraynalı uşaqların reabilitasiyası və istirahəti layihəsinin icrasını davam etdiririk. Bu dəfə qonaqpərvər Azərbaycana Ukraynanın suverenliyini və ərazi bütövlüyünü rus işğalçılarından müdafiə edən və ya təəssüf ki, …

Read More »

Azərbaycanla BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında Əməkdaşlıq Çərçivəsi təsdiqlənib

Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı (BMTSİT) arasında 2022 – 2026-cı illər üzrə Əməkdaşlıq Çərçivəsi təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Fərmanda qeyd edilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Əməkdaşlıq Çərçivəsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatına bildiriş göndərəcək. Xatırladaq …

Read More »

Rəsmi Moskva Azərbaycan və Ermənistanı sərhədləri müəyyənləşdirməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsinə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu çağırışı nazirliyin sözçüsü Mariya Zaxarova avqustun 2-də keçirdiyi brifinqdə səsləndirib. O söyləyib ki, ərazi mübahisələri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi zamanı həll edilməlidir.

Read More »

Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini qınayıb

Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın qərəzli müraciətini kəskin şəkildə qınayıb. Bu barədə icmadan məlumat verilib. Bildirilib ki, Qərbi Azərbaycan İcması bir qrup fransız deputatın Azərbaycana qarşı düşmənçiliyə çağıran, beynəlxalq hüquqa həqarət olan qərəzli müraciətini kəskin şəkildə pisləyir və bunu Fransa cəmiyyətində tüğyan edən irqçiliyin, islamofobiyanın və azərbaycanofobiyanın bariz göstəricisi kimi dəyərləndirir. “Fransız deputatlara xatırladırıq ki, onların iddia etdiyi “etnik …

Read More »

Milli Məclisin deputatları Laçın-Xankəndi yolu və Fransa ilə bağlı açıq məktub yayıb

Azərbaycan Milli Məclisinin deputatları açıq məktub yayıb. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məktubda deyilir: – Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən 30 illik işğalının aradan qaldırılması və dövlətimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra Laçın-Xankəndi yolundan sui-istifadə edilməsi ilə bağlı dəfələrlə aşkar edilmiş halların qarşısını almaq üçün 2023-cü ilin aprel ayında …

Read More »

Sahibə Qafarova Ermənistanın manipulyasiyaları ilə əlaqədar dünya parlamentlərinə müraciət edib

Avqustun 1-də Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə və xarici ölkələrin parlament sədrlərinə məktub ünvanlayıb. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məktubda bildirilir ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoymuş və ərazi bütövlüyünü bərpa etmişdir. Münaqişə qurbanı olmasına …

Read More »

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri M. Kalyurdand, Ermənistan üzrə daimi məruzəçi A. Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Z. Zovko Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ilə bağlı guya “humanitar vəziyyətin” olduğunu iddia etdikləri anti-Azərbaycan bəyanatını qınayıb. Bu barədə Qərbi Azərbaycan İcmasndan məlumat verilib. Bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli …

Read More »

Bir qrup xarici QHT Ermənistanın Qarabağdakı ermənilərin reinteqrasiyasını əngəlləməsi barədə bəyanat yayıb

 Bir qrup xarici QHT nümayəndəsi Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan tərəfindən əngəllənməsi haqqında bəyanat yayıblar. “Report”un xəbərinə görə, bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə müştərək bəyanat yayırıq. Çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və …

Read More »