Bazar , 19 May 2024

Xarici siyasət

“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” – RƏY

“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”. Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib. Onun fikrincə, bu tədbirə qatılacaq ölkələrin seçilməsi üçün konkret meyarlar tam aydın deyil. “Ola bilsin, hansı ölkələrin dəvət olunması müəyyən edilərkən ölkənin demokratik göstəriciləri, insan haqları təcrübəsi və regional sabitlik kimi amillər nəzərə …

Read More »

Teys: “Demokratiya Sammiti” üçün ölkələrin seçimindəki ayrı-seçkilik Vaşinqtonun ciddi səhvidir”

“Demokratiya Sammiti” üçün ölkələrin seçimindəki ayrı-seçkilik siyasəti, Azərbaycan və Türkiyə kimi böyük irəliləyiş əldə etmiş bir sıra ölkələrin sammit iştirakçıları siyahısına daxil edilməsi ABŞ-ın hazırkı administrasiyasının ciddi xarici siyasət səhvidir və Vaşinqtonun beynəlxalq siyasi təsirini daha da sarsıdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Piter Teys deyib. Onun sözlərinə görə, ABŞ-ın bundan …

Read More »

Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab verib

“Ermənistanın “məhbus” adlandırdığı şəxslər üçtərəfli bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələb etdiyi tədbirləri rədd edib”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in Azərbaycanda erməni məhbuslarının olmasına dair iddialarına cavab olaraq tvitterdə yazıb. O bildirib ki, Ermənistan hələ də itkin …

Read More »

Dövlət Departamenti: “ABŞ Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etdirilməsinə çalışır”

“ABŞ dövlət katibi Entoni Blinken Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etməsi və asanlaşdırılması ilə məşğuldur”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel tviterdə yazıb. O bildirib ki, Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır.

Read More »

Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”

Ermənistan başa düşməlidir ki, sülhün alternativi yoxdur və Azərbaycan ilə Ermənistan düşmənçilik və qarşıdurma səhifəsini bağlayaraq yenidən mehriban qonşulara çevrilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Vatikanın “FarodiRoma” xəbər portalına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistan dörd aydan çoxdur ki, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülh prosesini əngəlləyir. “Atəşkəs sazişinin bağlanmasından iki il sonra …

Read More »

Azərbaycan və Misir prezidentləri arasında telefon danışığı olub

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Əbdülfəttah Əs-Sisi müqəddəs Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, Misirin hər iki xalqın maraqları naminə ölkəmizlə əməkdaşlığı genişləndirməkdə əzmli olduğunu vurğulayıb. Telefon zənginə və təbriklərə görə təşəkkürünü bildirən …

Read More »

BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşüb

BMT-nin mənzil-qərargahında keçirilən Su konfransında iştirak edən Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə L. Junhuana Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində görülən işlər, transsərhəd çayların idarə edilməsində beynəlxalq əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə …

Read More »

Rusiya XİN: “Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. Onun sözlərinə görə, sülh prosesinə alternativ yoxdur. M.Zaxarova Bakı ilə İrəvanı nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. kimi məsələlər daxil olmaqla, bütün istiqamətlər üzrə danışıqlar aparmağa çağırıb.

Read More »

Azərbaycan XİN Pakistanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında yerləşdirilən paylaşımda deyilir. “Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq” – qeyd olunub. On the joyous occasion of the #NationalDay of the brotherly Islamic Republic of Pakistan, we …

Read More »

“SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır” – RƏY

“SEPAH (İran İnqilab Keşikçiləri Qvardiyası) üzvlərinin arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, İranda İslam dininin siyasi alətə çevrilməsi, onun bir qrup rejim üzvü tərəfindən xalqı istismar etmək üçün vasitə kimi istifadə etməsi haqlı olaraq qonşu ölkənin vətəndaşları arasında böyük və kütləvi narazılıqlara səbəb olur: “Artıq aylardır …

Read More »