Çərşənbə axşamı , 7 May 2024

Xarici siyasət

Səfir: “Küveyt və Azərbaycan arasında bir sıra sahələrdə böyük tərəqqiyə nail olunub”

Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunub. Boyukmillet.com xəbər verir ki, bunu Küveytin respublikamızdakı səfiri Abdullah Mohamed Abdullah Almauidi bu ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə rəsmi qəbulda deyib. Diplomat ölkələrimiz arasında gündən-günə genişlənən əlaqələrin qarşılıqlı səfərlərin, yüksəksəviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. Azərbaycan və …

Read More »

Xorvatiya Parlamentinin üzvü: “Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”

“Xocalı soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən pislənilməlidir”. Boyukmillet.com xəbər verir ki, bunu Xorvatiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü millət vəkili Veljko Kajtazi ölkəmizin Xorvatiyadakı Səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə konfransda deyib. Konfransda, Xorvatiya Respublikasının dövlət qurumlarının rəsmiləri, ölkə Parlamentinin üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, AR Baş Prokurorluğunun nümayəndəsi, Xorvatiya Ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq humanitar hüquq …

Read More »

Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Ədalət Məhkəməsinin irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, XİN-in açıqlamasında deyilir: “Biz Məhkəmənin 7 dekabr 2021-ci il tarixli əvvəlcədən verdiyi qərara əsasən, Ermənistanın hələ də tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək öhdəliyi altında olduğunu etiraf etməsini alqışlayırıq. Məhkəmənin …

Read More »

Azərbaycan və Qazaxıstanın daxili işlər nazirlikləri arasında memorandum imzalanıb

Azərbaycan və Qazaxıstanın daxili işlər nazirlikləri arasında memorandum imzalanıb. Boyukmillet.com xəbər verir ki, Qazaxıstanın daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib. Nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz …

Read More »

İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, başsağlığı mətnində deyilir: “Hörmətli Emoməli Şərifoviç, Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, …

Read More »

Azərbaycan BƏƏ ilə hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunu təsdiqləyib

2022-ci il noyabrın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin …

Read More »

Azərbaycan və İordaniya liderləri arasında məktub mübadiləsi olub

Azərbaycan Prezidenti İlham Əliyevlə İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn arasında məktub mübadiləsi olub. Boyukmillet.com xəbər verir ki, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseynin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir: “Əziz Qardaşım, Zati-alinizə salamlarımı və ən xoş arzularımı ifadə edir, Sizə möhkəm cansağlığı diləyir, qardaş Azərbaycan xalqının firavanlığı, ölkənin tərəqqisi və inkişafı yönündə əvəzsiz səylərinizdən …

Read More »

Ceyhun Bayramov: “Ermənistan destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına qayıtmalıdır”

“Ermənistanın destruktiv mövqeyindən çəkinərək danışıqlar masasına geri qayıtması zəruridir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə deyib. Bununla yanaşı, ölkəmizin sülh sazişinin imzalanması təşəbbüsü, bu istiqamətdə səyləri barədə …

Read More »

Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Azərbaycana gəlib

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir. Boyukmillet.com xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tviterdə yazıb. “Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə ilə görüşdük. Xəzər dənizində təhlükəsizlik məsələləri və digər ikitərəfli əməkdaşlıq layihələrimizi …

Read More »