Bazar , 19 May 2024

Xarici siyasət

Türkiyə XİN: “Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın ağrısını hələ də ürəyimizdə hiss edirik”

“Xocalıda qətlə yetirilən azərbaycanlı qardaşlarımızın ağrısını hələ də ürəyimizdə hiss edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin tviterində yazılıb. “Onları sayğı ilə yad edirik”, – paylaşımda bildirilib. Qeyd edək ki, Xocalı soyqırımından 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı …

Read More »

Türkiyə səfiri: “Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir”

Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı deyib. “Bizlər sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardınca 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam Ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri …

Read More »

Ərdoğan Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstəyə görə minnətdarlığını bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi dəstək və həmrəyliyə görə dövlət başçısına dərin minnətdarlığını bildirib. Boyukmillet.com xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan qardaş Türkiyənin və Azərbaycanın həmişə bir-birinin yanında olduğunu vurğulayıb. Türkiyə Prezidenti Azərbaycanın göndərdiyi humanitar yardımları yüksək qiymətləndirib və buna görə təşəkkür edib. Rəcəb Tayyib Ərdoğan azərbaycanlı xilasedicilərin və həkimlərin zəlzələ …

Read More »

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə fikir mübadiləsi aparıblar

İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib. Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Read More »

İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu deyib

Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanındadır. Boyukmillet.com xəbər verir ki, bunu fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib. Prezident İlham Əliyev ölkəmizin bu faciənin ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam …

Read More »

Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri fevralın 25-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi rəsmi şəxslər yola salıblar.

Read More »

XİN başçısı: “Laçın yolundakı durumla bağlı Ermənistanın iddialarının heç bir əsası yoxdur”

Son aylar Laçın yolundan 3000-dən yuxarı nəqliyyat vasitələrinin keçməsi və digər faktlar nəzərə alınmaqla, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, erməni sakinlərinə qarşı “blokada” tətbiq edildiyi və “gərgin humanitar vəziyyət” yarandığı barədə Ermənistan tərəfinin iddiaların heç bir əsası yoxdur. Boyukmillet.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşündə bunu …

Read More »

Ceyhun Bayramov Draqana Kojiçlə BQXK-nin Azərbaycanın Xankəndi şəhərindəki fəaliyyəti məsələlərini müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç arasında görüş keçirilib. Boyukmillet.com xəbər verir ki, görüş zamanı, Azərbaycanla BQXK arasında əməkdaşlıq məsələləri, Laçın yolu ətrafında vəziyyət, habelə BQXK-nin Azərbaycanın Xankəndi şəhərində fəaliyyəti məsələləri müzakirə olunub. Görüşdə nazir Ceyhun Bayramov BQXK-nın ölkəmizdə həyata keçirdiyi fəaliyyətin əhəmiyyətini qeyd edib. Daha sonra, Laçın …

Read More »

Azərbaycanın Fransadakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Fransanın paytaxtı Parisdə Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Fransanın dövlət və ictimaiyyət nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq təşkilatların nümayəndələri, professorlar, KİV nümayəndələri iştirak …

Read More »