Çərşənbə , 8 May 2024

Xarici siyasət

Azərbaycan XİN: “Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozur”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Almaniyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanın danışıqlar prosesinə maneçilik törətdiyini, buna baxmayaraq Ermənistanın sülh prosesinə sadiq olduğunu və bir neçə gün əvvəl Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə təklifləri nəzərdən keçirməsi ilə bəyanatına münasibət bildirib. Bu barədə XİN-dən bildirilib. Onun sözlərinə görə, Ermənistan xarici işlər …

Read More »

Azərbaycandan Türkiyəyə göndərilən Mobil səhra hospitalı Kahramanmaraşa çatıb 

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində gəlib çatıb. Report-un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu gün Mobil səhra hospitalının Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyin (AFAD) şəhər ərazisində yerləşən Təhsil Mərkəzində quraşdırılması nəzərdə tutulur. Hospitalda FHN-in 41 nəfər tibb heyəti fəaliyyət göstəriləcək.

Read More »

Azərbaycandan növbəti 228 nəfərlik xilasetmə heyəti Türkiyəyə yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti 228 nəfərlik şəxsi heyəti qardaş ölkəyə yola salınıb. Boyukmillet.com xəbər verir ki, bunu FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov bildirib. Onun sözlərinə görə, şəxsi heyət axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə təmin olunub …

Read More »

Naxçıvanda Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım toplanan ünvan açıqlanıb

Türkiyənin Naxçıvandakı Baş konsulluğu zəlzələdən zərərçəkənlərə yardımla bağlı muxtar respublika sakinlərinə müraciət edib. Boyukmillet.com xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən zərərçəkmiş insanlara muxtar respublika sakinləri də yardım edə bilərlər. Zəlzələ bölgəsində ehtiyac olan ləvazimatlar əsasən geyim, çadır, yataq, qızdırıcı avadanlıqlar və azyaşlı uşaqlar üçün lazım olan əşyalardır. Sözügedən ləvazimatların şəxsən və ya karqo yolu ilə Baş konsulluğa …

Read More »

Türkiyə səfirliyi zəlzələdən zərərçəkənlərə yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib

Türkiyənin Azərbaycandakı səfirliyi zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib. Boyukmillet.com xəbər verir ki, zərərçəkənlərin əsasən qış paltarları, o cümlədən gödəkçə, şalvar, əlcək, coraba ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri lazımdır. Yardımlar Bakı şəhəri, Babək prospekti 27, “Doğtaş” mebel mağazasında toplanır. Qeyd edək ki, fevralın 6-da …

Read More »

Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb, İrandakı səfirliyimizə hücum müzakirə olunub

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb. Boyukmillet.com  xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb. Tərəflər yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu müzakirə ediblər. Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.

Read More »