Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycanla sərhəddə minalar partlayış yolu ilə zərərsizləşdiriləcək

Erməni istehkamçılar Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş regionunun Kirants (Güney) kəndi yaxınlığında minaları partlayış yolu ilə zərərsizləşdirəcəklər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Minatəmizləmə işləri sözügedən kənddən 1800 metr şimalda aparılacaq.

“Ətraf ərazilərdə yaşayan sakinlərdən xahiş olunur ki, bu barədə məlumatı nəzərə alsınlar və təşvişə düşməsinlər”, – məlumatda qeyd olunub.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …