Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən tənqid edilir”.

Bu barədə “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” hüquq müdafiə təşkilatının yaydığı açıqlamada bildirilir. 

Təşkilat hesab edir ki, beynəlxalq təşkilatlarla gərginlik yaratmağa gərək yoxdur: “Hesab edirik, insan hüquq və azadlıqları ilə bağlı tənqid edilən sahələrdə, həqiqətən də, ciddi problemlər var. Ona görə də bütün bunları aradan qaldırmaq üçün real addımlar atmaq lazımdır, nəinki beynəlxalq qurumlarla əhəmiyyətsiz mübahisələrə getmək, gərginlikləri artırmaq”. 

Mərkəz bildirib ki, bu problemlər qaldıqca Azərbaycan üçün ciddi problemlər yarana bilər: “Belə məntiqsiz və dövlət maraqlarımıza cavab verməyən, hökumətin korporativ maraqlarına xidmət edən əhəmiyyətsiz gərginliklər Azərbaycana yaxın gələcəkdə daha ciddi problemlər yarada bilər”.

“AŞPA, Avropa İttifaqı və digər demokratik təsisatlarla yaranan gərginlik belə sürətlə artan xətt üzrə davam edərsə, konflikt daha da genişlənəcək və o zaman Azərbaycanla dünyanın mötəbər maliyyə institutları arasında da ciddi problem yaradacaq”, – deyə açıqlamada qeyd olunur. 

Təşkilat hesab edir ki, Azərbaycan iqtisadiyyatının böyük hissəsi olan neft və qazın əsas alıcıları demokratik təsisatlarda birləşən Avropa  ölkələridir. O ölkələr ki onlarda insan hüquq və azadlıqları hər şeydən öndə gəlir. Ona görə də hökumət gərinliyi artırmaq əvəzinə islahatlara getməyə maraqlı olmalıdır. 

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …