Şənbə , 18 May 2024

Xarici siyasət

Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib. Boyukmillet.com-un xəbərinə görə, saziş üç il müddətinə bağlanıb. Sənəddə qeyd edilib ki, tərəflərin müqaviləni ləğv etmək niyyəti barədə ən azı üç ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə …

Read More »

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Aprelin 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb. XİN-dən verilən məlumata görə, C.Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd edib. Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulanıb. B.Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində …

Read More »

XİN beynəlxalq ictimaiyyətə ərazilərin ermənilər tərəfindən minalanması ilə bağlı müraciət edib

Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici …

Read More »

Ceyhun Bayramov Rusiyaya səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb. Bu barədə  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun həmçinin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Read More »

Azərbaycan və Qazaxıstanın XİN başçıları görüşüb

Ötən gün Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi – İstanbul prossesi” 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasının Xarici işlər naziri Muxtar Tleuberdı ilə görüşüb. Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. İki ölkə …

Read More »

Azərbaycan və Türkiyə XİN başçılarının Tacikistanda görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tacikistana səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olub. XİN-dən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, eləcə də münaqişə sonrası yenidənqurma və bərpa prosesi çərçivəsində Azərbaycan tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə edib və aprelin 1-dən Azərbaycan və Türkiyə arasında qarşılıqlı vizadan azadetmə …

Read More »

Ceyhun Bayramov Tacikistana gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. C.Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub. Qeyd edək ki, “Asiyanın Ürəyi – İstanbul Prosesi” adlı regional platforma 2011-ci ildə Əfqanıstan və Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bu format Əfqanıstanda və bütövlükdə …

Read More »

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde arasında görüş keçirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bakıda baş tutan görüşdə Azərbaycan və İsveç arasındakı ikitərəfli əməkdaşlıq məsələləri, bölgədəki mövcud vəziyyət, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanatların həyata keçirilməsi, ATƏT ilə əməkdaşlıq və qarşılıqlı maraq doğuran …

Read More »

YAP-ın Qadınlar Şurası ləğv edilib

Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib. Bu barədə  partiyadan məlumat verilib. Bildirilib ki, bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib: “Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil”.

Read More »

XİN Ceyhun Bayramovun macarıstanlı həmkarı ilə görüşü barədə məlumat yayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə işgüzar səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib. Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazirlər arasında təkbətək başlanılan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib. Macar həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov xalqlarımız arasındakı qədim tarixi əlaqələrə əsaslanan ikitərəfli münasibətlərimizin …

Read More »