Bazar ertəsi , 13 May 2024

Xarici siyasət

Zakir Həsənovla Hulusi Akar arasında görüş olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəngilan rayonunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov həmkarı ilə azad edilmiş Zəngilanda görüşdən məmnun olduğunu qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Müdafiə naziri qarşılıqlı inam, …

Read More »

Türkiyə lideri: “Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik”

“Türkiyə regionda davamlı sülhün və normal münasibətlərin qurulmasının tərəfdarıdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu coğrafiyadan keçəcək avtomobil və dəmiryolu xətləri sadəcə Azərbaycan və Türkiyə üçün deyil, bütün bölgə ölkələri üçün də iqtisadi-ticari imkanlar yaradacaq. Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər …

Read More »

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

“Sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir. Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib. “Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həll etmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə …

Read More »

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşımlar edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün tviterdəki səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Zəngilan rayonunun Ağalı kəndində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub”. Birinci vitse-prezident həmçinin Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmaları ilə bağlı paylaşım edib.

Read More »

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 26-da başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salıb.

Read More »

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tviterdəki səhifəsində Azərbaycanla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, o, Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında səsləndirdiyi fikri sosial şəbəkədəki hesabında paylaşıb. “Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin tərəqqisi üçün fəaliyyətini davam etdirir. Türkiyə olaraq, biz də bu fəaliyyətlərdə üzərimizə düşəni etməkdə, qardaş Azərbaycana bütün …

Read More »

Diplomatik missiyası başa çatan Əlcəzair səfiri Azərbaycana təşəkkür edib

“Azərbaycandakı missiyam oktyabr ayının sonunda başa çatır, gedişim ərəfəsində hisslərimi ifadə etmək və vidalaşmaq üçün uyğun sözləri tapmaq çox çətindir. Sizinlə birlikdə keçirdiyim iki il xatirimdə və qəlbimdə əbədi olaraq qalacaq. Buraya Əlcəzair hökumətinin, artıq 2015-ci ildən Bakıda yaradılmış nümayəndəliyini daha da yüksəltmək, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsinə çalışmaq və səfirlik açmaq missiyası ilə təyin olundum”. Boyukmmillet.com  xəbər verir …

Read More »

Azərbaycan Prezidenti gələn ay Türkiyəyə səfər edəcək

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı tviterdə yazıb. “Cənab Prezident İlham Əliyevin “Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah – oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın …

Read More »

XİN Qubadlının azad olunmasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi özünün tviterdəki səhifəsində Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com  xəbər verir ki, paylaşımda deyilir: “25 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu Qubadlı şəhərində üçrəngli bayrağımızı ucaltdı”. 25 oktyabr, 2020-ci il tarixində #MüzəffərAliBaşKomandan cənab İlham Əliyevin rəhbərliyi altında #RəşadətliAzərbaycanOrdusu #Qubadlı şəhərində üçrəngli …

Read More »

Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb

Özbəkistanın Azərbaycandakı səfirliyində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Boyukmillet.com xəbər verir ki, diplomatik nümayəndəlikdə yaradılmış 27 saylı seçki məntəqəsində səsvermə 08:00-dan 20:00-dək davam edəcək. Seçki komissiyasının sədri Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanovdur. Seçicilərin əksəriyyəti Bakı şəhərində, həmçinin Quba, Gəncə və Sumqayıtda yaşayır. Bununla belə, Azərbaycanın digər şəhər və rayonlarında yaşayan seçicilərin də səsvermədə iştirak edəcəyi gözlənilir. …

Read More »