Bazar ertəsi , 20 May 2024
Drone Cameras

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşüb

Mark Libbi iqtisadçının tam azad edilməsini istəyir

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi iqtisadçı Qubad İbadoğlu ilə görüşüb.

Bu barədə mayın 10-da səfirlik məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Ştatlar cənab İbadoğlunun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayır:

“Onun tezliklə tam azadlığa buraxılması üçün çağırışlar etməyi davam edəcək“.

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan jurnalist Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova, müsavatçı Tofiq Yaqublunun qızı Nigar Həzi və “III Respublika” Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin yoldaşı Günel Manaflı ilə görüşmüşdü.

Nərimanov Rayon Məhkəməsi ötən il 23 iyulda Qubad İbadoğlunu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pulların satışı), habelə 167-3.1 (ekstremizmyönlü materialların saxlanması və yayılması) maddələrilə 3 ay 26 gün müddətinə həbs edib.

ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri də daxil olmaqla, bir sıra ölkələr və beynəlxalq təşkilatlar İbadoğlunu azad etməyə çağırıb.

O, siyasi məhbus kimi tanınıb.

22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …