Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Qurban Yetirmişli: Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək

Azərbaycanın təhlükəli zonalarında zəlzələ riski qiymətləndiriləcək.

Boyukmillet.com xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda aparılan zəlzələ tədqiqatları dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmır:

“Hazırda yeni böyük beynəlxalq layihə üzərində işləyirik. Mayın 13-də beynəlxalq toplantımız olacaq. ABŞ, Kanada və digər ölkələrdən qonaqlarla birlikdə Azərbaycanın təhlükəli zonalarında zəlzələ riskinin qiymətləndirilməsi üzərində iş aparılacaq. Azərbaycan seysmogen bölgədir. Xəzər dənizi, Şamaxı, İsmayıllı, Lənkəran Astara, Gəncəbasar, Naxçıvan və digər bölgələrdə aktiv potensial zəlzələ ocaqları var. Ölkəmiz zəlzələ baxımından 8-9 ballıq ərazidə yerləşir. Buna görə də zəlzələlərin tədqiqatı və kadr hazırlığı sahəsində böyük irəliləyiş var”.

Check Also

Azərbaycandan 77 nəfər dünyanın top universitetlərinə qəbul olub

Bu ilki xaricdə təhsil proqramı üzrə bu günə olan statistikaya görə 220 nəfər sənəd verib. …