Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir

Azərbaycan Həndbol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan birinciliyinin daha bir zona yarışına bu gün start veriləcək.

Boyukmillet.com xəbər verir ki, Şirvan Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə yerli həndbolçularla yanaşı, Gəncə, Mingəçevir, Göygöl, Tovuz və Şəkini təmsil edən 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı qızlar mübarizə aparacaqlar.

Yarış saat 11:00-da başlayacaq.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …